Icma.az
close
up
RU

Alimlərin təəccüblü nəzəriyyəsi: Qara dəliklər sizdən keçə bilər

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Alimlər ibtidai qara dəliklərin planetlərin daxili hissələrini istehlak edə biləcəyini və hətta aşkar edilmədən Yerdəki cisimlərdən, insanlardan və ya heyvanlardan keçə biləcəyini göstərən yeni bir nəzəriyyə irəli sürdülər. Bəs ibtidai qara dəlik vücudunuzdan keçərsə nə olar?

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, alimlər ibtidai qara dəliklərin planetləri oyaraq onları məhv edə biləcəyini irəli sürdülər.

Bu fərziyyədə obyektlərinin Yerdəki cisimlərdən və hətta insanların arasından aşkar edilmədən keçə bildiyi iddia edilib.

Bildiririk ki, kütləsi Günəşdən ən az 5-10 dəfə böyük olan ulduzların həyat dövrü çökəndə qara dəliklər yaranır.

Bununla belə, ibtidai qara dəliklər Böyük Partlayışdan dərhal sonra, ulduzlar əmələ gəlməmişdən əvvəl əmələ gəldiyi ehtimal edilən kiçik qara dəliklərdir. Bu qara dəliklərin kainatın sıx olduğu erkən dövrdə əmələ gəldiyi təxmin edilir.

İlkin qara dəliklər hələ sübut olunmasa da, bəzi elm adamları onların qaranlıq maddə ola biləcəyini iddia edirlər. Physics of Dark Universe jurnalında dərc olunan yeni araşdırma bu qara dəliklərin varlığını sübut etmək üçün bir üsul təklif edir.

Araşdırmaya görə, ibtidai qara dəliklər maye nüvəsi olan cisimlərin içini udub boşalda bilir. Məsələn, nüvəsi maye olan bir planet qara dəlik tərəfindən sorulduqdan sonra yalnız boş bir qabıq qala bilər.

Ancaq tədqiqatçılar bu şəkildə yalnız Yerin onda biri böyüklüyündə olan bir cismin yaşaya biləcəyini bildirirlər.

Maye nüvəsi olmayan cisimlərdən keçərkən, ibtidai qara dəliklər kiçik tunellər aça bilər. Bu tunellərin asteroidlərdə tapılması mümkün ola bilər, lakin elm adamları belə əlamətlərin tapılmasının çox çətin olduğunu etiraf edirlər.

Stojkovic deyir: “Bu əlamətləri tapmaq şansı az olsa da, axtarışı aparmaq üçün çoxlu resurs tələb etmir və potensial gəlir çox böyük ola bilər”

Bəs ibtidai qara dəlik vücudunuzdan keçərsə nə olar? Alimlər belə bir hadisənin baş vermə ehtimalının çox az olduğunu, lakin baş verərsə, heç bir zərər verməyəcəyini bildirirlər. Qara dəliklər çox sürətlə hərəkət etdikləri üçün ətraflarına enerji ötürməyə vaxtları olmur.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri