Yenidən Evdə tək filmində çəkiləcək
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, filmin ssenari müəllifləri və prodüserləri Set Roqen və Evan Qoldberq olacaq. Süjetin təfərrüatı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bir il əvvəl Kalkin "Evdə tək" filminin davamında Kevin Makkallister roluna qayıtmağa etiraz etmədiyini bildirmişdi. O, yetkinləşmiş qəhrəmanın övladını təkbaşına böyütdüyü, lakin ona lazımi diqqət ayırmadığı bir süjet təklif etmişdi.
Hadisələrin birində uşaq atasından o qədər inciyir ki, onu evə buraxmır və müxtəlif tələlər qurur.
Bununla belə, "Evdə tək" filminin rejissoru Kris Kolambus franşizanın yenidən çəkilməsini istəmədiyini bildirmişdi.
"Mən hesab edirəm ki, "Evdə tək" özünəməxsus, tarixdə təkrarlanması mümkün olmayan xüsusi bir hadisədir. 35 il əvvəl çəkdiyimiz işi yenidən yaratmağa çalışmaq səhv olardı. Düşünürəm ki, bu layihəni olduğu kimi saxlamaq daha yaxşıdır", - deyə Kolambus qeyd etmişdi.(oxu.az)
Baxış sayı:83
Bu xəbər 22 Noyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















