Livan Prezidenti: İran ölkəmizin daxili işlərinə müdaxiləni dayandırmalıdır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Livan İranın ölkənin daxili işlərinə müdaxiləsinə son qoymasını tələb edir.
APA xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun ölkənin müstəqilliyinin 83-cü ildönümü münasibətilə xalqa müraciətində bildirib.
“Livan ordusunun nəzarətindən kənarda olan və Tehrandakı bəzi nüfuzlu şəxslərin maraqlarına xidmət edən silahların dövrü başa çatıb”, – deyə prezident vurğulayıb.
Aun bildirib ki, Livan İran xalqına hörmət edir və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərində maraqlıdır.
“Lakin İran hakimiyyətinə bildiririk ki, dostluq başqa ölkənin qərarlarına müdaxilə etmək hüququ vermir”, – deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, Livan hökuməti bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərarını sona qədər həyata keçirmək niyyətindədir.
O, İranın dəstəklədiyi “Hizbullah” təşkilatının silahlarını Livan ordusuna təhvil verməli olduğunu vurğulayıb.
Aun əlavə edib ki, livanlıların əksəriyyəti dövlət suverenliyinin möhkəmləndirilməsini istəyir, həm İsrail işğalını, həm də İranın müdaxiləsini rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Noyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















