Icma.az
close
up
RU
Amerikalılar ailə böhranı daha çox uşaq İSTƏYİRLƏR

Amerikalılar ailə böhranı daha çox uşaq İSTƏYİRLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da doğum səviyyəsinin azalması fonunda siyasətçilər çoxuşaqlı ailələri təşviq etməyə başlayıb.

Modern.az xəbər verir ki, Pensilvaniyada yaşayan 37 yaşlı Simona Kollinz və onun əri Malkolm BBC-yə açıqlamasında beşinci uşaqlarını gözlədiklərini və "ən azı yeddi" uşaq planladıqlarını bildiriblər.

Onların fikrincə, sivilizasiyanın gələcəyi üçün daha çox uşağa ehtiyac var.

Kollinz ailəsi ABŞ-da son zamanlar sürətlə yayılan pronatalizm hərəkatının fəal tərəfdarlarıdır. Bu ideologiya aşağı doğum səviyyəsini cəmiyyət üçün təhlükə hesab edir və çıxış yolunu böyük ailələrdə görür. Onlar Donald Trampın ikinci prezidentliyi dövründə öz ideyalarını daha açıq ifadə etməyə başlayıblar.

İlon Mask da bu hərəkatın ideyalarını dəstəkləyən tanınmış şəxslərdən biridir. 14 uşağın atası olan Mask doğum səviyyəsinin azalmasını “sivilizasiya üçün ən böyük təhlükə” adlandırıb və bu sahədə araşdırmalar aparan təşkilata 10 milyon dollar ianə verib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə yanvarda abort əleyhinə mitinqdə çıxışı zamanı ölkədə daha çox uşağın olmasını istədiyini bildirib.

Həqiqətən Son zamanlar ABŞ-da doğum səviyyəsinin azalması ilə bağlı narahatlıqlar artmaqdadır. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, əsrin sonuna qədər dünyanın əksər ölkələrində əhali azalacaq və bu proses iqtisadiyyata və cəmiyyətin strukturuna ciddi təsir göstərə bilər.

Pronatalizm doğum səviyyəsinin enməsini müasir cəmiyyətin əsas problemlərindən biri kimi qiymətləndirir və çıxış yolu olaraq ailələrin daha çox uşaq sahibi olmasını təklif edir. Bu ideyanın tərəfdarları hesab edirlər ki, dövlət siyasəti ailə qurmaq və uşaq böyütmək istəyənlərə daha geniş imkanlar yaratmalıdır. Onların fikrincə, mövcud sosial və iqtisadi mühit çoxuşaqlı ailələri təşviq etmir və bu da doğum səviyyəsinin azalmasına səbəb olur.

2025-ci ildə ABŞ-da ailə siyasəti ilə bağlı bəzi dəyişikliklər baş verib. Prezident fərmanlarından birində ailə qurmağın və süni mayalanma (EKO) xidmətlərinə çıxışın dəstəklənməsi qeyd olunub. Nəqliyyat Nazirliyi isə yeni layihələrdə ailə və doğum göstəriciləri yüksək olan icmalara üstünlük verilməsi barədə göstəriş verib.

Eyni zamanda, bəzi fond və təşkilatlar doğum səviyyəsinin artırılması və ailə rifahı ilə bağlı araşdırmalara böyük vəsait ayırır. ABŞ-ın bir neçə ştatında doğum göstəricilərinin artırılması məqsədilə vergi güzəştləri və uşaq baxımı ilə bağlı təşəbbüslər irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri