Icma.az
close
up
RU
Avtomobildəki bu funksiya faciələrə yol açır Ekspertdən XƏBƏRDARLIQ

Avtomobildəki bu funksiya faciələrə yol açır Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Avtoqəzaların böyük faizi piyada vurulmasıdır. Məsələn, piyadaların yol-hərəkət qaydalarına əməl etməməsi, sürücü diqqətsizliyi, avtomobil nasazlığı, yol şəraitinin dəyərləndirilməməsi kimi faktorlar qəzalara yol açır. Bu baxımdan, səbəbləri ümumiləşdirmək çətindir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib. O bildirib ki, bu gün avtomobillərin özləri belə kifayət qədər diqqət yayındıran elementlərlə istehsal edilir:

“Bu gün ən böyük problem sürücülərin diqqətinin yayınmasıdır. Əvvəllər indiki qədər diqqət yayındıran elementlər yox idi. Amma bu gün avtomobillərin özləri belə kifayət qədər diqqət yayındıran elementlərlə istehsal edilir. Müasir avtomobillərdə sürücünün məşğul olması üçün kifayət qədər şərait var.  Bakıda online alış-veriş

Əvvəllər maşınlarda təkcə radio var idi və sadəcə musiqi dinləmək imkanı yaranırdı. Belə olan halda belə, ekranda qeyd edilirdi ki, bunların sizin diqqətinizi yayındırmasına imkan verməyin. Amma bu gün belə bir xəbərdarlıq yoxdur. Sürücülərin bir çoxu maşında kinoya baxır yaxud canlı yayım açır. Bunların hamısı qəzanın baş verməsində mühüm rol oynayır. Tutaq ki, piyada qaydaları bilmədən yolu keçir, Amma onu vuran maşına baxanda anlaşılır ki, sürücü ümumiyyətlə yola baxmırmış. Təbii ki, yollarımız da ideal deyil. Bir çox yerlərdə yolun texniki vəziyyəti və yol-hərəkət nişanlarına görə, avtoqəzalar baş verir”.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, cari ilin yanvar-sentyabr aylarında 838 yol qəzası baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı isə ümumilikdə 1140 nəfər olub.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri