COP31 də gözlənilməz qərar: Tərəflər razılığa gələ biləcəkmi?
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) həmsədrlik edən Türkiyə və Avstraliya yekun sazişin yenilənmiş layihəsini təqdim ediblər və bunun danışıqlar iştirakçıları arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa imkan verəcəyi gözlənilir.
"Yeni Sabah" "Associated Press"ə (AP) istinadən xəbər verir ki, yeni sənəd tərəflərin əsas tələblərini, o cümlədən qazıntı yanacağının istifadəsi və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması üçün maliyyə dəstəyi ilə bağlı tələbləri nəzərə alır.
"Təklif olunan mətn bütün iştirakçılar tərəfindən qəbul edilə bilər. Yenilənmiş layihədə tərəflərin əsas narahatlıqları, o cümlədən qazıntı yanacağı və inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi məsələləri nəzərə alınıb", - COP31-in sədri Murat Kurum bildirib. Sərfəli qiymətə məhsullar
İki həftəlik konfrans cümə günü başa çatmalı idi, lakin iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək tədbirləri müəyyən edən yekun sənədin məzmunu ilə bağlı fikir ayrılıqlarına görə danışıqlar həftəsonuna qədər uzadılıb.
Sazişin bazar günü təsdiqlənəcəyi gözlənilir.
AP-nin qeyd etdiyi kimi, COP31-də konsensusun əldə olunması iqlim sahəsində beynəlxalq əməkdaşlığın davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətlərin istixana qazı tullantılarının azaldılması üzrə gələcək tədbirlərinin nə dərəcədə konkret və məcburi olacağı yekun sənədin məzmunundan asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















