Anar Əsədli ilə bağlı xitam qərarı ləğv olunub, məhkəmə başlayıb
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunub.
Anar Əsədlinin vəkili Hikmət Əliyev APA-ya bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Baş Prokurorluq Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərarı ləğv edərək iş üzrə istintaqı yeniləyib. Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu gün Bakı Ağır Cinatətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası 24 oktyabra təyin edilib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar verib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















