Icma.az
close
up
RU
Ankara təşəbbüsü ələ aldı, Bakı dəstəklədi: Türk dünyası üçün 3 yeni imkan

Ankara təşəbbüsü ələ aldı, Bakı dəstəklədi: Türk dünyası üçün 3 yeni imkan

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb. Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır.

Tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulub. Həmçinin iştirakçı ölkələrin liderləri və rəsmiləri arasında ikitərəfli görüşlər təşkil edilib.

Mövzu ilə bağlı Globalinfo.az türkiyəli politoloq-siyasətçi Prof.Dr. Selin Şenocakdan müsahibə alıb.

– Selin xanım, Antalya Diplomatiya Forumu öz işinə başlayıb. Bununla artıq dördüncü dəfə baş tutan Forumun builki mövzusu “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq”dır. Yeni dünya nizamının formalaşdığı dövrdə diplomatiya şübhəsiz, xüsusi önəm daşıyır. İstərdim, Forumun əhəmiyyəti barədə danışasınız

– Bu gün beynəlxalq sistem “Soyuq müharibə”dən sonra yaranmış birqütblü nizamın zəifləməsi ilə çoxqütblü sistemə çevrilməkdədir; dövlətlər daha çox regional aktor kimi önə çıxaraq təhlükəsizliyə və inkişafa dair yanaşmalarını yenidən müəyyənləşdirirlər. Belə kritik məqamda diplomatiya təkcə böhranın həlli üçün deyil, həm də davamlı sülh, əməkdaşlıq və çoxtərəflilik baxımdan əvəzsiz alət kimi əhəmiyyət daşıyır.

– Türkiyənin dünyada vasitəçi və sülhməramlı rolunun artması göz önündədir. Həmçinin, Azərbaycan da yerləşdiyi regionda sülhün və əməkdaşlığın təminatçısı kimi çıxış edir. Bu mənada türk dövlətləri beynəlxalq aləmdə sabitliyin təmin olunmasında hansı rola malikdir?

– Türkiyə və Azərbaycanın sərgilədiyi yanaşma təkcə iki ölkənin ortaq taleyə əsaslanan xüsusi əlaqələrini deyil, həm də türk dünyasının qlobal sülh və sabitliyə verdiyi töhfəni simvolizə edir. Azərbaycan hətta torpaqları işğal altında olarkən hər zaman sülhü ön planda tutan mövqe nümayiş etdirib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra uzlaşdırıcı yanaşması ilə region ölkələrinə sülhə əsaslanan yeni səhifə açmaq imkanı verib. Türkiyə isə son illərdə həyata keçirdiyi vasitəçilik təşəbbüsləri, taxıl dəhlizi razılaşmaları və böhranlı bölgələrdə həyata keçirdiyi irimiqyaslı diplomatiyası ilə beynəlxalq ictimaiyyətin gözündə “sülhün memarı” kimi səciyələndirilir.

Bu strateji tərəfdaşlığın təməlində dayanan “bir millət, iki dövlət” anlayışı, təkcə ikitərəfli əlaqələri deyil, həm də Türk Dövlətləri Təşkilatında (TDT) Orta Asiyadan Qafqaza, Anadoludan Balkan dövlətlərinə qədər uzanan geniş geosiyasi məkanda ortaq dəyərlər, strateji hədəflər və inkişafa dair baxışları ilə bir araya gələn türk dünyası ölkələrinin həmrəyliyini gücləndirir.

Türk dünyasının artan regional gücü qlobal diplomatiyada üç əsas strateji rola malikdir:

1. Geosiyasi sabitlik: Qafqaz, Orta Asiya və Şərqi Aralıq dənizi kimi həssas regionlarda sabit tərəfdaşlıq əlaqələrinin qurulması; enerji dəhlizlərinin təhlükəsizliyi, infrastruktur layihələri və logistika inteqrasiyası vasitəsilə regional inteqrasiyaya töhfə vermək;

2. Enerji və İqtisadi Həmrəylik: Xəzər hövzəsindən Avropaya uzanan enerji xətləri, Türk dövlətləri arasında rəqəmsal, yaşıl enerji və kommersiya sahələrində əməkdaşlığın qurulması ilə Avrasiya mərkəzli yeni iqtisadi sistemin yaradılması;

3. Sülh Diplomatiyası və Vasitəçilik: Regional münaqişələrin həllinə diplomatik töhfələr, sülh təşəbbüsləri və çoxtərəfli platformalarda effektiv vasitəçilik prosesləri.

Bu baxımdan türk dünyasının diplomatik və strateji addımları, təkcə regional rifahı deyil, həm də qlobal səviyyədə təhlükəsizliyə və inkişafa dair axtarışları istiqamətləndirir.

Antalya Diplomatiya Forumunda nüvə təhlükəsizliyi kimi bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən məsələlər müzakirə edilərkən, Türkiyə və Azərbaycan kimi ölkələrin nümayiş etdirdiyi sülhsevər və uzaqgörən yanaşma diplomatiyaya istiqamət verəcək yeni paradiqmaya işarə edir. Bu paradiqma çoxtərəfliliyə, hörmətli tərəfdaşlığa və sülhyönümlü inkişafa əsaslanır.

Nəticədə türk dünyasının həmrəylik strategiyası dəyişən dünyada sabitliyi təmin edən, körpülər quran və diplomatiyaya qucaq açan bir model kimi önə çıxır. Bu modelin təmsilçiləri kimi Türkiyə və Azərbaycan təkcə öz xalqları üçün deyil, həm də regional və dünya sülhü üçün ümid yeri olmaqda davam edir.

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda ən yüksək səviyyədə iştirakı Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın təzahürüdür. Bu, iki ölkə arasında münasibətlərin dərinliyini nümayiş etdirməklə yanaşı, ortaq diplomatik yanaşmanın beynəlxalq platformalarda güclü şəkildə təmsil olunduğunu göstərir. Azərbaycanın regionumuzun gələcəyini formalaşdırmaq potensialına malik belə tədbirlərdə ən yüksək səviyyədə iştirak etməsi “bir millət, iki dövlət” prinsipinin praktikada nə qədər güclü olduğunu bir daha sübut edir.

– Prezident İlham Əliyevin Forum çərçivəsində Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şara ilə görüşünü necə dəyərləndirirsiniz?

– Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən dərhal sonra Suriyan Prezidenti Əhməd əş-Şara ilə görüşü Azərbaycanın regional diplomatiyada balanslaşdırıcı və konstruktiv aktor strategiyasını əks etdirir. Bu, həm də Türkiyə-Suriya xəttində mümkün normallaşma proseslərinə zəmin yarada biləcək çoxtərəfli və balanslı diplomatik təşəbbüsdür.

– Aprelin 10-da İstanbulda Forumun mövzusu ilə səsləşən önəmli görüş baş tutdu. Rusiyanın İstanbuldakı Baş Konsulluğunda Vaşinqton və Moskva nümayəndələri arasında aparılan danışıqlarda ikitərəfli əlaqələr, Rusiya və ABŞ-ın səfirlikləri ilə bağlı texniki məsələlər müzakirə edilib. Görüş barədə nə düşünürsünüz?

– ABŞ və Rusiya nümayəndələrinin İstanbuldakı görüşü qlobal diplomatiyanın gələcəyi üçün mühüm addımdır. Gərginliyin artdığı bir vaxtda Türkiyənin ev sahibliyi etdiyi iki böyük dövlətin birbaşa, üz-üzə təmasda olması dialoq kanallarının açıq qalmasının nə qədər həyati əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.

Bu görüşün İstanbulda keçirilməsi Türkiyənin sülhsevər xarici siyasət kursunun və vasitəçi rolunun konkret təzahürüdür. Təsadüfi deyil ki, Ankara və İstanbul Şərqlə Qərb arasında tarixi körpü kimi diplomatik mərkəzlərdən birinə çevrilib. Türkiyə son illərdə həm Qara dəniz “Taxıl sazişi” kimi çoxtərəfli təşəbbüslərdə, həm də ikitərəfli səviyyədə həyata keçirilən böhran diplomatiyasında etibarlı və effektiv platforma təmin edib.

Görüşün Rusiya Baş Konsulluğunda keçirilməsi simvolik baxımdan da önəmlidir. Bu cür birbaşa təmaslar tərəflər arasında etimadın yaranmasına təkan verir, eyni zamanda texniki məsələlər üzrə başlayan dialoqların daha geniş geosiyasi məsələlərə yol açmasına şərait yaradır.

Bu hadisəni Antalya Diplomatiya Forumunun “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunun praktiki təzahürü kimi qiymətləndirmək olar. Çünki fikir ayrılıqlarının artdığı, bir-birinə inamsızlığın geniş vüsət aldığı bir dövrdə diplomatiyaya qucaq açmaq rabitə kanallarını açıq saxlamaqla, dialoqda israr etməklə və tərəfləri eyni masa ətrafında bir araya gətirməklə mümkün ola bilər.
Türkiyənin bu cür təmaslara ev sahibliyi etməsi onun təkcə regional deyil, həm də qlobal miqyasda diplomatiyanın etibarlı və konstruktiv ünvanı kimi mövqeyini gücləndirir. İstanbulda atılan bu addım dünya üçün danışıqlar və həll yollarını xatırlamaq baxımından dəyərli bir fürsətdir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri