Icma.az
close
up
RU
Anti kapitalist istehsal GÜNDƏMDƏ Kəmiyyət yerinə keyfiyyət əsas GÖTÜRÜLƏCƏK?

Anti kapitalist istehsal GÜNDƏMDƏ Kəmiyyət yerinə keyfiyyət əsas GÖTÜRÜLƏCƏK?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Texnologiya – kapitalist bazarın əsas dayaqlarından biridir. Yeni texnoloji ixtiralar vaxtaşırı bazara çıxarılır, böyük korporasiyaların maraqlarına xidmət edir və qısa zamanda sərvət toplanır. Lakin bunun əksinə bir yanaşma da var – anti-kapitalist istehsal. Bu anlayış texnologiyanın yalnız mənfəət üçün deyil, daha çox ictimai fayda, paylaşım, bərabərlik və kollektiv maraqlar əsasında qurulmasını nəzərdə tutur.
Yəni, “Anti-kapitalist istehsal” anlayışı konkret bir texniki termin deyil, daha çox ictimai-siyasi müzakirələrdə işlədilən, sosializmi xatırladan bir yanaşmadır. Bu ifadə texnologiyanın yalnız kapitalizmin maraqlarına xidmət etməməsi, əksinə, ictimai rifaha, bərabərliyə, resursların paylaşılmasına dəstək olmasını nəzərdə tutur.
Anti-kapitalist texnologiya, məsələn, satışı çoxaltmaq üçün keyfiyyəti azaltmaq yerinə, uzunömürlü, istifadəyə dayanıqlı, təkrar təmirə yatımlı məhsulları əhatə edir. Bunun üçün anti-kapitalistlər maraqlı və faydalı təkliflər irəli sürürlər.
Bütün cihazı yeniləmək yerinə xarab olan kiçik detalı dəyişməklə məhsulu təkrar istifadəyə yararlı etmək; “Uber” və ya “Bolt” kimi korporativ platformalar əvəzinə, sürücülərin öz aralarında təsis etdiyi və qazancın ortaq bölündüyü tətbiqlər; Birgə istifadəyə əsaslanan, reklam və satış məqsədindən uzaq platformalar və s.
Bəs kapitalistlərə bu sərf edirmi?
Nəticədə 30-40 illik ömrü olan məhsul müasir ticari sistemə əhəmiyyətli zərbə vura bilər.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirdi ki, o vaxtlar təkcə Sovetlər Birliyində deyil, bütün dünya istehsalında belə idi, yəni keyfiyyətə üstünlük verilirdi:
“Amma o zaman da təmirə tez-tez ehtiyacı yaranan avadanlıq olurdu. İndi də Avropa və Amerikada müzakirələr başqa istiqamətdə gedir – daha az alətdən istifadə edilməsi kimi. Məsələn bütün telefonlar üçün eyni şarj alətinin olması. 
Bu həm də ciddi qənaət deməkdir: mobil telefonlar, planşetlər, kompüterlər eyni alətlə şarj olunur. Bu isə istehlakı azaldır”.  
Ekspert vurğuladı ki, məsələ kapitalizm və sosializm yarışında deyil, ümumi etibarlı yanaşmadadır. İstehlakçı məmnuniyyətini əsas götürən şirkətlər məhsullarına zəmanət verirlər. Bu gün də brendinə sayğı ilə yanaşan iri şirkətlər kəmiyyəti deyil, keyfiyyəti üstün tuturlar.
Şəfiqə Şəfa, Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri