Icma.az
close
up
RU
Antibiotik qəbul edərkən bu qidaları yemək olmaz

Antibiotik qəbul edərkən bu qidaları yemək olmaz

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Antibiotik qəbul edərkən bəzi qidalardan imtina etmək tövsiyə olunub.

Milli.Az xəbər verir ki, "qazeta.ru"ya açıqlama verən pediatr Aygül İsrafilova bildirib ki, antibiotiklər orqanizmin bakterial infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin yanlış qidalanma onların təsirini azalda bilər.

Onun sözlərinə görə antibiotik qəbul edərkən süd məhsullarından, alkoqollu içkilərdən, turş meyvə və şirələrdən, çox şəkərli və lifli qidalardan uzaq durmaq lazımdır.

Həkim izah edib ki, süd, yoqurt və pendirdəki kalsium bəzi antibiotiklərlə birləşərək onların qana sorulmasını azaldır və nəticədə təsirini zəiflədir. Alkoqol isə ürəkbulanma, qusma, başgicəllənmə, yuxululuq kimi əks təsirləri gücləndirir və qaraciyərə əlavə yük salaraq orqanizmin müqavimətini azaldır.

İsrafilova əlavə edib ki, qreyfrut, portağal, limon kimi turş meyvələr və onların şirəsi bəzi antibiotiklərin parçalanmasını ləngidir, bu da dərmanın qanda həddindən artıq yığılmasına və yan təsirlərin artmasına səbəb ola bilər. Şəkəri çox olan banan, üzüm, xurma, qaysı kimi meyvə və quru meyvələr bağırsaqda zərərli bakteriya və göbələklərin artmasına şərait yaradır və antibiotiklərin yaratdığı disbalansı gücləndirir. Çox lifli qidalar isə antibiotiklərin orqanizmdən tez xaric olmasına gətirib çıxararaq onların effektini azaldır.

Mütəxəssis xəstələrə həmişə həkimin təyin etdiyi qaydalara riayət etməyi, dərmanların təlimatını diqqətlə oxumağı və hansı qidalardan uzaq durmaq lazım olduğunu həkim və ya əczaçı ilə dəqiqləşdirməyi tövsiyə edib. O, həmçinin antibiotik qəbulundan sonra bağırsaq mikroflorasını bərpa etmək üçün pro- və prebiotiklərdən istifadəni məsləhət görüb.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Avqust 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see160

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see160

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see158

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see157

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see157

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see154

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see154

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see154

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see154

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see153

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see153

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see153

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see151

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see149

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see149

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see148

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see148

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri