Antibiotiklərə qarşı müqavimət artır: Bəşəriyyət böyük təhlükə ilə üzüzə
Icma.az, Milli.az saytına istinadən bildirir.
Bəşəriyyət bakteriyaların antibiotiklərə qarşı sürətlə artan davamlılığı səbəbindən fəlakətli nəticələrlə üzləşə bilər.
Milli.Az xarici mediaya istindla xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş sanitariya həkimi Salli Devis, bəşəriyyətin antimikrob preparatlara qarşı davamlılığın sürətli artımı səbəbindən böyük bir sağlamlıq böhranı ilə üzləşdiyini xəbərdar edib.
Hazırda hər il təxminən bir milyon insan antimikrob preparatlara davamlılığın yayılması səbəbindən həyatını itirir. Alimlər bildirirlər ki, əgər bu tendensiya dəyişməzsə, 2050-ci ilə qədər "superbakteriyalar" səbəbindən ölüm halları iki dəfə artaraq təxminən 40 milyon insanın həyatını itirməsi ilə nəticələnə bilər.
Xüsusilə yaşlı insanlar və infeksiyalara qarşı daha az davamlı olan zəif immunitet sistemli şəxslər superbakteriyaların təsirinə daha həssasdırlar.
Dünyanın hər yerində alimlər davamlı bakteriyalarla mübarizə aparmaq üçün yeni effektiv metodlar axtarır. Lakin Devis qeyd edir ki, bu sahədə böyük irəliləyiş əldə edilməsə, gələcəkdə tibb sahəsi antibiotiklərin geniş istifadə edilmədiyi dövrə geri qayıda bilər.
Antibiotiklərə qarşı davamlılığın azalması üçün təcili tədbirlərin görülməsi və cəmiyyətin maarifləndirilməsi vacib hesab olunur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Yanvar 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















