Antonio Quterreş Pakistanda səfərdədir
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş oktyabrın 6-da İslamabada səfərə gəlib. Xəbər verilir ki, Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, BMT-nin rəhbəri Baş nazirin müavini və xarici işlər naziri İshaq Darın dəvəti ilə 6-8 oktyabr tarixlərində Pakistana səfər edir.
Nazirlik “X” sosial media platformasındakı paylaşımında qeyd edib ki, Baş katibi Xarici İşlər Nazirliyinin katibi vəzifəsini icra edən səfir Nabil Munir qarşılayıb.
Səfər BMT-nin rəhbəri kimi Quterreşin 10 illik səlahiyyət müddətinin dekabrın 31-də başa çatacağı ərəfədə həyata keçirilir. Pakistan XİN-in məlumatına görə, səfər çərçivəsində Quterreşin Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə görüşləri nəzərdə tutulub.
Quterreşin, həmçinin BMT-nin Hindistan və Pakistandakı Hərbi Müşahidəçi Qrupunun (UNMOGIP) ofisinə baş çəkməsi və Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) qərargahında keçiriləcək brifinqdə iştirak etməsi planlaşdırılır.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Quterreşin səfəri zamanı Pakistanın çoxtərəfliliyin, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətindəki səyləri, həmçinin fəlakətlərə hazırlıq və erkən xəbərdarlıq sahəsindəki addımları xüsusi vurğulanacaq. “Səfər Pakistanın BMT ilə uzunmüddətli əməkdaşlığını bir daha təsdiqləmək, regional, eləcə də beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradacaq” -deyə XİN vurğulayıb.
Baxış sayı:122
Bu xəbər 06 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















