Icma.az
close
up
RU
Aptekdə dərman, xəstədə can qalmadı

Aptekdə dərman, xəstədə can qalmadı

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

3 günlük müalicə üçün 15 günlük dərman təyin edilir

Evinizdə istifadə etdikdən sonra yarıdan çoxu qalan dərman şüşələri, qutuları var? Əgər 3 günlük müalicə kursu üçün 15 günlük dərman almağa məcbur olmusunuzsa, yəqin ki, var. Çünki apteklərdə milliqramı az olan, içində az həb olan dərman şüşəsi olmur, əksər dərmanların qablaşdırması böyük və lazım olduğundan çox olur. 3 günlük müalicə kursu bitdikdən sonra dərman lazım olmur, amma baha qiymətə aldığımız üçün atmaq istəmirik. Bəs neyləməli?

Qalan dərmanları neyləmək olar?

Dünyanın ən böyük gəlir sektorlarından biri olan dərman istehsalı həyata keçirdiyi satış taktikaları, həkimlər və əczaçılar üzərində təsir gücü, mediadan aldığı dəstək və beynəlxalq qurumlarla işbirliyi insanlara hər gün bir az da çox zərər verir.

Hər il öncəkindən daha çox xəstəlik yayılır, hər gün başqa bir xəstəliyin yaranması barədə xəbərlər oxuyuruq. Quş və donuz qripləri, hepatitlər, digər infeksion xəstəliklər xofu hamımızda qorxu yaratmışdı, hələ Covid-19 bəlasından sonra kiçik bir qrip yoluxması bizi dərhal həkimə qaçmağa sövq edir. Həkim dərmanı yazır, 3 ya 5 gün istifadə etməyi məsləhət görür, amma gəlin görək biz hansı aptekdə 3-5 günlük istifadə üçün yetərli olan dərman tapa bilərik?

Aldığımız dərmanların əksəriyyəti minimum 15-20 günlük müalicə üçün qablaşdırılıb, istifadədən sonra yerdə qalan dərman lazımsız olur, baha qiymətə aldığımız üçün atmaq da istəmirik, kim, harda və necə gəldi saxlayır, 1-2 ildən sonra təkrar xəstələndikdə istifadə edirik. Bu isə təbii olaraq dərman zəhərlənmələrinə səbəb olur.

Reseptə niyə ucuz dərman yazılmır?

Dərmanlara güvən hissi də getdikcə yoxa çıxır, həkim resept yazanda xəstə “bahalı dərman yaz, ucuz dərmanın təsiri olmur” deyə minnət də edir. Bəli, bizdə elə bir fikir formalaşdırılıb ki, ucuz dərman saxta və təsirsizdir. Əminliklə demək olar ki, bu gün tibb dünyası dərman sənayesinin nəzarəti altındadır. Daha türkəçarələrdən, təbii müalicə vasitələrindən istifadə yoxdur, dolayısı ilə də ucuz dərman reseptlərə yazılmır. Siz hansı həkimin reseptə qrip üçün itburnu, cökə çayı yazdığını görmüsünüz? Yaxud antibiotik müalicəsi lazım olanda ənənəvi variantını yazan həkim? Əlbəttə ki, yox.

Məsələn, aspirin həbinin 10 ədədlik bağlaması cəmi 20 qəpikdir, qrip və qızdırma əleyhinə təsiri güclüdür, amma siz indiyədək bir həkimin reseptə ənənəvi aspirin yazdığının şahidi olmusunuz? Ola bilməzsiniz, çünki faizə işləyən həkimlər aspirindən faiz əldə edə bilmir. Bunun üçün bu dərmanın firma alternativləri var, 5-8 manat civarında təklif edilir. Yəni müalicə üsulları dərman firmalarının manafeyinə uyğunlaşdırılır. Bu vəziyyət dərman istifadəsinin artmasına, hər il milyardlarla dollarlıq lazımsız dərmanların alınmasına və itkisinə səbəb olur.

Yalançı epidemiya xəbəri ilə dərman bazarı çiçəklənir

Dərman firmaları mümkün olduğu qədər daha çox dərman satmaq üçün hər yola əl atır, hər vasitəni sınayır. Gizli deyil ki, bu firmaların insan sağlamlığı üçün təhlükəli bir şəbəkəyə çevrilməsində bəzi həkimlərin və əczaçıların da payı var. Firmaların onlara təklif etdiyi faiz qarşılığında həkimdən şəfa gözləyən pasiyendə həm maddi, həm də fiziki zərbə vuran bu “həkimlər” yeri gəldi, gəlmədi lazımsız dərmanları reseptə sıralayır. Daha açıq ifadə etsək, həkimlər xəstələrə tibbin göstərdiyi kimi deyil, firmaların istədiyi kimi yanaşırlar.

Bir çox həkim bilir, amma bir çoxu da bilmir ki, dərman firmalarının xəstələri dərmandan asılı vəziyyətə salması və mümkünsə ömür boyu eyni dərmanı istifadə etməsi məhz həkimin resepti ilə həyata keçirilir. Beynəlxalq oyunlar, ikili siyasət planı yürüdən gizli qüvvələr bütün dünya səviyyəsində yolxucu xəstəliklər yaymaqla dərman satışlarını maksimuma çatdırmaq kimi bir öhdəlik götürüblər. Çünki bu vasitə ilə dərman sektoru “çiçəklənir”. Böyük epidemiya planları ilə insanları qorxuya salan, media təbliğatı və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə qısa müddətdə dünyanın hər yerində yüz milyonlarla doza peyvənd satır və milyardlarla dollarlıq gəlir götürülür.

Vahid dərman resepti niyə işə yaramadı?

Elə Azərbaycanda da həkimlərin bir çoxunun dərman firmaları və apteklərlə işbirliyi quraraq pasiyentə resept yazdığı isə hamımıza məlumdur. Məlumat üçün qeyd edək ki, ölkəmizdə vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim - aptek - əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlmişdi. Daha açıq desək, bu addım həkimlərin dərman firmaları ilə razılaşdırılmış şəkildə dərman yazması hallarının qarşısını almaq məqsədi güdürdü.

Çünki əksər həkimlər xüsusi dərman şirkətlərin hazırladığı resept blanklarından istifadə edirlər ki, bununla da həm dərman firması, həm də həkim gəlir əldə edir. Həkimlər 2 nüsxəli blanka resept yazanda reseptin bir nüsxəsi ikinci blanka həkk olunur. Beləcə blankın biri xəstəyə verir, surətini isə əvvəlcədən anlaşdığı firmaya təqdim etməklə, satılan dərmandan müəyyən faiz əldə edir.

Həkimlər: “Axı biz neyləyə bilərik?”

Həkim Sülhiyyə Mürsəlova deyir ki, bu məsələdə həkimlik heç nə yoxdur: “Axı mən dərman şirkətinə deyə bilmərəm ki, sən niyə 3 günlük istifadə üçün nəzərdə tutulmuş dərman istehsal eləmirsən? Mən də istərdim pasiyentim zərərə düşməsin, neçə günlük müalicə yazırıqsa ona uyğun miqdarda dərman alsın ki, qalanı atılmasın. Düzdü, elə dərmanlar var ki, dənə ilə almaq olur, amma beləsi çox az olur, əksər dərmanlar ağzı bağlı halda satılır., içindən yarısını sata bilmirlər”.

Başqa bir həkim həmsöhbətimiz Xanlar Hüseynov isə deyir ki, firma faizləri üçün dərman çox yazılmır: “Axı resept yazdığımız, imza atdığımız o müalicə üçün biz məsuliyyət daşıyırıq, təmiz, təhlükəsiz dərman olmasa məsləhət görmərik. Amma neyləyək ki, qablaşdırma bizlik deyil, firma bir siropu 200 milliqramlıq şüşədə qablaşdırırsa biz ona qarışa bilmərik. Amma siropları ağzı açıldıqdan 6 ay sonra təkrar istifadə etmək olar, sərin və qaranlıq yerdə saxlansa bu mümkündür, evin bir tərəfinə atılaraq qeyri-normal şəraitdə saxlanıbsa təbii ki müəyyən müddətdən sonra qəbul edildikdə zəhərlənmələrə səbəb ola bilər”.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri