AQC də “Qiymətləndirici könüllülər”in təşkili ilə bağlı qərar qəbul olunub
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Birlik Könüllü Hərəkatının (BKH) könüllüləri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə könüllülük fəaliyyətinin əhəmiyyəti, gənclərin peşəkar inkişafı və onların qiymətləndirmə sektoruna cəlb olunması məsələləri müzakirə edilib. Vüqar Oruc çıxışında AQC tərəfindən “Qiymətləndirici könüllülər” təşəbbüsünün yaradılmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd gənclərin qiymətləndirmə sahəsinə marağını artırmaq, onları sektorun fəaliyyəti ilə tanış etmək və gələcəkdə bu istiqamətdə peşəkar kadrların yetişməsinə töhfə verməkdir.
AQC sədri qeyd edib ki, qiymətləndirmə sektoru iqtisadiyyat, sahibkarlıq, bank-maliyyə sistemi və daşınmaz əmlak bazarı üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı üçün gənclərin maarifləndirilməsi və onların peşəkar fəaliyyətə hazırlanması vacibdir. Könüllülərin AQC-nin tədbirlərində iştirakı onlara qiymətləndirmə fəaliyyəti, peşəkar mühit və sektorun iş prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradır.
Vüqar Oruc gənclərlə söhbətində komanda işi, təşəbbüskarlıq, məsuliyyət, ünsiyyət və təşkilatçılıq bacarıqlarının gələcək karyera üçün əhəmiyyətinə də toxunub. O bildirib ki, könüllülük fəaliyyəti gənclərin həm şəxsi inkişafına, həm də əmək bazarında ilkin təcrübə qazanmasına şərait yaradır.
Görüşün sonunda AQC-nin təşkil etdiyi tədbirlərdə könüllü kimi fəal iştirak etmiş gənclərə təşəkkürnamələr təqdim olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:AQC dən qiymətləndirici müstəqilliyinin qorunması ilə bağlı yeni qanunvericilik təklifləri
07 Oktyabr 2026 13:25
AQC Bank Ekspertlər Şurası Qiymətləndirici təşkilatların seçim meyarlarını və tələb kriteriyalarını təsdiqlədi
16 Aprel 2025 16:51
Bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz
06 Mart 2025 15:25
Ayan Qəmbərova: “Qiymətləndirici hazırlığında ixtisaslaşma əsas prioritetdir”
24 İyul 2026 15:55
Onlar qiymətləndirici ola bilmız Palata sədrindən banklara İRAD
16 Aprel 2025 10:48
Baxış sayı:161
Bu xəbər 04 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















