Icma.az
close
up
RU
Aqrar Tədqiqatlar Mərkəzində ötən il 1130 sənəd hazırlanıb, 22 tədqiqat aparılıb

Aqrar Tədqiqatlar Mərkəzində ötən il 1130 sənəd hazırlanıb, 22 tədqiqat aparılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Aqrar Tədqiqatlar Mərkəzinin Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ildə 5 istiqamət üzrə - məlumat bazalarının yaradılması, elmi tədqiqatlar, diaqnostika və təhlil, monitorinq və qiymətləndirmə və doktorantura təhsili sahələrində işlər uğurla davam etdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, Mərkəzdə 2024-cü ilin Fəaliyyət Planı üzrə 31 tədbirin 27-si tam və ya qismən icra olunub. Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS) üzrə daxil olmuş 103 tapşırığın icrası təmin edilib.

2024-cü ildə də Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq təcrübədə istifadə olunan metodikalar əsasında aqrar siyasətin nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə işi davam etdirilib. Kənd təsərrüfatı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrasına, həmçinin Milli Fəaliyyət Planı və digər strateji siyasət sənədləri ilə bağlı görülmüş işlərə dair hesabatlar hazırlanıb. Ümumilikdə, kənd təsərrüfatının müxtəlif alt-sahələrinə dair müvafiq göstəricilərin (əkin sahəsi, istehsal həcmi, məhsuldarlıq, idxal-ixrac, eləcə də dünya üzrə istehsal və ticarət göstəriciləri) əks olunduğu 1130 hesabat, arayış, məlumat, icmal hazırlanıb, sorğular cavablandırılıb, müxtəlif sənədlərə rəy və təklif verilib. O cümlədən, ilin əvvəlində nəzərdə tutulmamış işlərə dair 106 arayış və rəy-təklif, hazırlanıb, Fəaliyyət Planı üzrə 22 tədqiqat işi aparılıb.

Aqrar Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan məlumat bazalarının yaradılması və təkmilləşdirilməsi işi 2024-cü ildə də davam etdirilib.

Mərkəzin Fəaliyyət Planına uyğun olaraq Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi çərçivəsində sorğular, fermerlərin məhsul bazarına çıxışına və istehsal resurslarına əlçatanlığına dair monitorinq çərçivəsində sorğular, dəyər zənciri üzrə diaqnostik təhlillər çərçivəsində fermerlər, emalçılar, ticarətçilər və ixracatçılar arasında sorğular aparılıb. Ümumilikdə ötən il Mərkəzin sorğu qrupu tərəfindən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 12495 respondent arasında sorğular keçirilib.

Ötən il Mərkəzdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 1 nəfər, dissertanturaya 2 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturaya isə 3 nəfər qəbul olunub. Ümumilikdə, 2024-cü ildə Mərkəzdə fəlsəfə doktoru proqramı üzrə doktoranturada 13 nəfər, dissertanturada 9 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturada 14 nəfər yüksək ixtisaslı kadr hazırlığı keçib və hər biri təsdiq olunmuş mövzu üzərində elmi-tədqiqat işi yerinə yetirməkdədir.

2024-cü ildə elmi fəaliyyətin təşkili üzrə görülən işlər çərçivəsində Mərkəzin əməkdaşları, doktorant və dissertantları tərəfindən 40-ı yerli, 22-si xarici, o cümlədən 9-u “Scopus” bazasında olan jurnallarda olmaqla ümumilikdə 62 məqalə və tezis dərc etdirilib.

Həmçinin il ərzində Mərkəzin əməkdaşları tərəfindən 60 dissertasiya işinə elmi rəylər verilib, 4 dissertasiya işinin müzakirəsi təşkil olunub. Mərkəzin bir əməkdaşı dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Hesabat ilində Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktik jurnalının 2 sayı çap olunub. Bu saylarda ümumilikdə 5-i xarici müəllif, 4-ü Mərkəzin əməkdaşı, 5-i isə Mərkəzin doktorant və dissertantları olmaqla, 26 müəllifin 19 məqaləsi dərc edilib.

“Kənd təsərrüfatının iqtisadiyyatı” jurnalının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində xüsusi buraxılışı hazırlanıb.

Eləcə də COP29-un ilk günündə Kənd Təsərrüfatı Nazirliyinin “Yaşıl Zona”da fəaliyyət göstərən pavilyonunda Aqrar Tədqiqatlar Mərkəzinin stendi təşkil olunub. Stenddə Mərkəzin fəaliyyətini əks etdirən materiallar sərgilənib, müxtəlif təqdimatlar edilib. Ümumilikdə Mərkəzin rəhbərliyi COP29-la bağlı 24 tədbirdə iştirak edib, panel müzakirələrə qatılıb, çıxışlar edib.

Keçən il Mərkəzin kənd təsərrüfatı sahəsində istehsal, ixrac və dövlət dəstəyi göstəricilərinin əks olunduğu “Kənd təsərrüfatı” aylıq informasiya bülleteni, aylıq “Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazar konyunkturasına dair Qısa İcmal” hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Mərkəzin saytında Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə bağlı 515 yazı (Azərbaycan və ingilis dillərində) dərc olunub, “Facebook” səhifəsində Kənd Təsərrüfatı Nazirliyinin, həmçinin ATM-in fəaliyyəti ilə bağlı 1172 paylaşım (Azərbaycan və ingilis dillərində) edilib.

Aqrar Tədqiqatlar Mərkəzinin institusional potensialının gücləndirilməsi və təşkilati tədbirlər çərçivəsində Mərkəzin 17 əməkdaşı il ərzində 17 beynəlxalq və yerli təlim, seminar və konfransda iştirak edib, o cümlədən müxtəlif təlim və təhsil proqramları çərçivəsində xarici ölkələrdə təcrübə keçiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri