Icma.az
close
up
RU
Ara məsafəsi probleminin avropasayağı həlli mümkündürmü? Qaydanı öyrənək, yoxsa vuravura?

Ara məsafəsi probleminin avropasayağı həlli mümkündürmü? Qaydanı öyrənək, yoxsa vuravura?

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi növbəti dəfə ara məsafəsinə görə baş verən qəzaların videosunu yaydı. Əslində belə videolar ilk dəfə deyil ki yayılır. 

Videolara nəzər saldıqda bir şeyə tam əmin olmaq mümkündür: ara məsafəsi və sürət rejiminə əməl edilsə idi, qəzaların demək olar hamısının qarşısını almaq mümkün olardı. Bu tip maarifləşdirici videoların daha müntəzəm yayılması yerinə düşərdi.

İşin başqa tərəfi də var: bu qəzalar 30-40 km/saat sürətlə baş verdiyi üçün ölüm halları baş vermir, ən pis halda yerində tibbi yardımla məsələ bitir. Magistralda 90 km/saat və daha böyük sürətlə baş verən qəzada nəticə nə olacaq? Bəri başdan deyə bilərik ki, ölüm və ağır xəsarət qaçınılmaz olacaq. Hətta zərbənin təsirindən başqa zolağa düşən nəqliyyat vasitəsi digər sürücülərə də təhlükə yaradacaq. Bəs ara məsafəsi bu günün problemidirmi?

Avropada bu məsələ 50-ci illərdən aktuallaşdığı halda, keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda 1971-ci ildən ciddi xarakter aldı. Jiqulilərin yollarda artması ilə sovet sürücüləri yeni fenomenlə üzləşdilər: İtaliya tormoz sisteminə malik VAZ-2101 svetoforun qırmızı işığında qəflətən tormoz verəndə arxadan gələn barabanlı tormoz sisteminə malik Moskviç və ya Volqanın təhlükəsiz tormozlama ehtimalı sıfıra yaxın idi. Buna görə də bir müddət sonra sürücülər Jiqulilərdən uzaq durmağa çalışdılar. Eynilə bizdə sürücülərin Priusdan qorxduğu kimi. Bundan sonra Dövlət Avtomobil Müfəttişliyi (DAM, rusca QAİ) məsələyə diqqəti artırdı, hazırlıq kurslarında bu mövzu daha ətraflı izah edildi.

İndi isə vəziyyət başqadır. Avtomobilin tormozuna arxayın olan və ya başı telefona qarışmış sürücülər ara məsafəsini unudur və qəza qaçınılmaz olur. Çox zaman sürücülər bir faktı unudurlar ki, texnika nə qədər mükəmməl olsa da, fizika qanunlarının fövqündə dayana bilməz. “Vura-vura öyrənmək” prinsipi də öz sözünü deyir. Təəssüf ki, bir çox sürücü yol işarələrini tanımır, yalnız radar bildirişi gəldikdə, və ya polis saxladıqda hansı küçədə nəyin qadağan olduğunu öyrənir.

Bəs çıxış yolu nədir?  Beynəlxalq təcrübədə bunun bir neçə üsulu var. 70-80-ci illərdə polislər bu problemlə vizual müşahidə yolu ilə mübarizə aparırdılar. Yəni, polis nəfəri əlində kalibrlə (adətən 2-3 metrlik) svetoforda dayanır, sıx dayanan maşına cərimə yazırdı. 

Lakin bu üsul səmərəli deyil. Çünki seçmə üsulla kimisə cərimələmək nəticə vermir.  Digər tərəfdən, polis əməkdaşlarının həyatına təhlükə yaranır. Magistralda isə belə ölçmə ümumiyyətlə mümkün deyil. 

Hazırda əksər Avropa ölkələrində ara məsafəsinə stasionar radarlarla nəzarət edilir. Şəhər daxilində və magistralda nəzarət mexaniozmi oxşardır: radar 2 avtomobilin sürətini ölçdükdən sonra təhlükəsiz ara məsafəsini hesablayır. Avtomobil qarşıdakı nəqliyyat vasitəsinə təhlükəli həddə yaxınlaşıbsa, o zaman şəxsi kabinetə və ya ünvanına cərimə bildirişi gəlir. 

Bu sistemin tətbiqi ciddi xərc tələb etmir. Əksər ölkələrdə stasionar radarların proqram təminatı yenilənərək ara məsafəsini ölçməyə uyğunlaşdırılıb. Magistraldan fərqli olaraq şəhərlərdə yan məsafə də ölçülür.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri