Icma.az
close
up
RU
Arif Hacılı da Qarabağa getdi: Həmrəy ola bilməyən tək yolçu

Arif Hacılı da Qarabağa getdi: Həmrəy ola bilməyən tək yolçu

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Altı ildir davam edən iqtidar–müxalifət dialoqunda hamı var. Özünü bu prosesdən təcrid edən yalnız iki partiyadır – Müsavat və AXCP.

Onlar hələ də siyasi həmrəyliyin kənarında dayanmağı, milli maraqlardan daha çox şəxsi və lokal qrup maraqlarını üstün tuturlar. Görünür, dialoqdan kənarda qalmaq onlara “azadlıq”, siyasi həmrəylik isə “mənasız kompromis” kimi göründüyündən elə siyasətin də kandarında qalıblar. 

Postmüharibə dövrü və yenə də eyni mənzərə.  

Dialoq mühiti isə təkcə paytaxtla məhdudlaşmır, işğaldan azad edilmiş əraziləri də əhatə edir. Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunan birgə səfərlər bunun bariz nümunəsidir. Bu səfərlər zamanı həm iqtidar, həm müxalifət, həm də digər partiya təmsilçiləri bir masa arxasında oturaraq dünyaya açıq mesaj verirlər – Azərbaycan siyasətində düşmənçilik deyil, dövlətçilik amili qalib gəlir. Amma həmin səfərlərdə və mesajlarda Müsavat və AXCP görünmür.

Elə bu günlərdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı partiyadaşları ilə birlikdə iki günlük Qarabağa gedib və bununla bağlı sosial şəbəkədəki paylaşımında yazıb:  

“İki gün ərzində Birinci Qarabağ müharibəsinin həyəcan dolu günlərində top, qrad atəşlərinin gurultusu altında olduğumuz əraziləri azadlığından və gözəlliklərindən zövq alaraq gəzdik... Bizi Qarabağla çökdürmək istəyirdilər, biz isə Qarabağla yüksəldik".

Sözlər doğrudur, duyğuludur. Amma əməl...

Elə burada bir sual yaranır: Bəs niyə həmin “yüksəlişi” siyasi həmrəyliyin içində, dövlət və digər siyasi qüvvələrlə birlikdə nümayiş etdirmədiniz?

Əgər məqsəd doğrudan da Qarabağ və milli maraqlardırsa, o zaman bu məsələdə fərqli cığırlar axtarmağa, “mən ayrıca getdim, daha doğru etdim” kimi görüntülərə nə ehtiyac var idi? 

Sadəcə fərq ondadır ki, kimisi Qarabağa birgə səfərlərlə “birlik mesajı” verir, kimisi isə eyni yerlərə tək gedib “biz də varıq” deməyə çalışır.

Amma tarixin sınanmış deyimi var — birlikdə gedənlər sona qədər gedir, tək gedənlər isə yolda qalır.

Yaxud “Niyə belə gec getdin” soruşsan deyəcək ki, imkan yaratmadılar. Deyəndə ki, “bəs o biri siyasi qüvvələr, müxalifətçilər necə getdi”, onda da ənənəvi, adamı diksindirən sözlərini təkrarlayacaq. 

Milli məsələ, tarixi hadisə korporativ maraqlara qurban verilməməlidir. Qarabağı görmək amacı hər şeydən öndə olsaydı elə Arif Hacılı bu beş ildə azı 10 dəfə də gedib gələ bilərdi. O zaman orada görülən abadlıq-quruculuq işləri ilə də yaxından və daha tez tanış olardı. Həm də özünün dediyi 89-cu ilin əvvəllərindən müdafiəsində bilavasitə iştirak etdiyi Ağdam, Şuşa, Xocalı, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Hadrutun Axullu kəndini də daha tez görmüş olardı... 

Özünün qeyd etdiyi “Böyük perspektivləri olan bu cənnət məkanı gəzdikcə müharibədə qələbəmizin əhəmiyyətinin də böyüklüyü, ölçüyəgəlməzliyi”ni də daha dərindən qiymətləndirərdi. 

Taleyində Qarabağı azad etməyi bacarmaq olmayanlar Qarabağı görmək üçün daha çox tələsməliykən, şəbədəçiliklə uğraşırlar. 

Amma gec də, tək də olsa Arif Hacılı getdi...Bircə Əli Kərimli qalıb. Yəqin hələ də xarici pasport ala bilmədiyinə getmir...

Vilayət Muxtar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri