Icma.az
close
up
RU
Arktikanın ürəyi olan Qrenlandiya ilə bağlı nə baş verir? ŞƏRH

Arktikanın ürəyi olan Qrenlandiya ilə bağlı nə baş verir? ŞƏRH

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Qrenlandiya ətrafında müşahidə olunan gərgnlik əslində uzun illərdir formalaşan strateji maraqların açıq müstəviyə çıxmasıdır. Son illərdə qlobal enerji keçidinin sürətlənməsi və böyük dövlətlərin yeni tədarük marşrutları üzərində təsir uğrunda rəqabəti Arktikanı beynəlxalq siyasətin əsas nöqtələrindən birinə çevirdi. ABŞ-ın Venesuelaya müdaxiləsi isə Avropada, xüsusilə Danimarkada Qrenlandiya ilə bağlı ABŞ ritorikasına daha ehtiyatlı yanaşmağı zəruri etdi. Artıq adanın gələcəyi barədə səslənən hər fikir ciddi siqnal kimi qəbul edilir”.

Bu fikirləri  Gununsesi.info -ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib:

“Qrenlandiyanın iqtisadi modeli bu mübahisənin həssas tərəfidir. Adanın ÜDM-i 2025-ci ildə 2,4 faiz artıb. Artımın əsas drayveri balıqçılıq sənayesi olub. Balıq məhsulları Qrenlandiya ixracının mütləq üstün hissəsini təmin edir və dövlət gəlirlərinin formalaşmasında da həlledici rol oynayır. Bu struktur kiçik qtisadiyyatlara xas olan volatillik riski yaradır. Qiymət kvotalar və iqlim faktorları dəyişən kimi adanın gəlirləri kəskin oynaya bilir. Fiskal baxımdan ikinci mühüm mənbə Danimarkanın bura illik blok qrant adlandırdıqları maliyyə transfertidir. Bu transferlər dövlət büdcəsinin təxminən 50 faizini örtür, sosial proqramların, səhiyyə və idarəçilik xərclərinin maliyyələşməsində əsas dayaqdır.

Danimarka tərəfi bu qrantı özlərinin tarixi məsuliyyəti kimi təqdim edir. ABŞ isə adanın inkişafının daha böyük investisiya paketləri ilə dəstəklənə biləcəyini iddia edir. Beləliklə, fiskal asılılıq məsələsi iqtisadi diplomatiyanın siyasi rıçağına çevrilir. Vaşinqtonun təklif etdiyi maliyyə dəstəyi bazar mexanizmi kimi səslənsə də, Kopenhagen və Nuukda bunun yeni asılılıq forması yaradacağı ilə bağlı narahatlıq mövcuddur.

Resurs faktoru ABŞ marağının əsas izahlarından biridir. Nadir torpaq elementləri qlobal sənayenin yeni nefti adlandırılır. ABŞ Geoloji Xidmətinin qiymətləndirmələrinə görə Qrenlandiyada bu mineralların əhəmiyyətli, istifadə olunmamış ehtiyatları var. Neodim, prazeodim, terbium və disprosium kimi elementlər elektrik avtomobilləri, külək turbinləri, yüksək temperaturlu mühərriklər və qabaqcıl müdafiə elektronikası üçün kritikdir”.

O qeyd edib ki, hazırda dünya bazarı böyük ölçüdə Çinin hasilat və emal imkanlarından asılıdır:

“Çin dominantlığı həm qiymət, həm də texnologiya təhlükəsizliyi baxımından ABŞ üçün strateji məhdudiyyət yaradır. Bu səbəbdən ABŞ Arktika coğrafiyasını Çin asılılığını qırmaq üçün alternativ məkan kimi görür. 2025-ci ilin avqustunda “Tanbreez” layihəsinin materiallarının Luiziana ştatında yaradılmış emal mərkzinə tədarükü barədə saziş adanın minerallarını ABŞ sənayesi ilə birbaşa bağladı. (Tanbreez layihəsi Qrenlandiyanın cənubundakı nadir torpaq elementləri yatağının işlənərək ABŞ sənayesində emalını nəzərdə tutan strateji layihədir).

Bu layihə daha çox kommersiya və strateji bağları yaxınlaşdırır. Danimarka və Qrenlandiya siyasətçiləri isə bu layihələrin yerli referendum və muxtariyyət qanunları çərçivəsində idarə olunmalı olduğunu bildirirlər. 2021-ci ildə uran tərkibli layihələr üzrə tətbiq olunan limitlər nadir torpaq hasilatında ekoloji-siyasi maneə yaratsa da, ABŞ bunu təhlükəsizlik istisnası arqumenti ilə yumşaltmağa çalışır.

Mübahisənin digər üzü isə hərbi-strateji xəttdir. ABŞ-ın Qrenlandiyanın şimalında yerləşən kosmik və hərbi bazası olan Pituffik Space Base ABŞ-ın raket erkən xəbərdarlıq sisteminin əsas nöqtəsidir. Bu baza Atlantik və Şimal Buzlu okeanı üzərindən gələn mümkün ballistik təhdidlərin izlənməsində, kosmik məlumatlarının toplanmasında həlledici rol oynayır.

ABŞ Müdafiə Nazirliyinin 2024-cü il Arktika Strategiyası adanın və bu dəhlizin artıq mübahisəli məkan kimi qəbul edildiyini açıq yazır. Danimarka üçün isə həmin baza mövcud NATO sazişləri çərçivəsində tənzimlənmiş hərbi əməkdaşlıq nümunəsidir və bu əməkdaşlıq adanın zorla birləşdirilməsi üçün hüquqi əsas yarada bilməz”.

Eldəniz Əmirov qeyd edib ki, iqtisadi prizmadan baxanda bu böhran Avropaya bir neçə istiqamətdə təsir edə bilər.

“Birincisi NATO daxilində etimadın zəifləməsi ehtimalıdır. ABŞ-ın müttəfiq ölkənin ərazisi ilə bağlı sərt dili kollektiv müdafiə ideyasının siyasi dAyaqlarını zədələyə bilər. Bu isə yalnız Rusiyanın sevindirə bilər. İkinci istiqamət Arktikada hərbiləşmə xərcləridir. Danimarka, Norveç və Böyük Britaniya xəttində əlavə büdcə təzyiqi yaranarsa, sosial proqramlar və digər iqtisadi prioritetlər üçün vəsait azalacaq. Üçüncü istiqamət kritik mineral bazarında yeni bloklaşmadır. Resursların kommersiya məntiqindən çıxıb təhlükəsizlik aktivinə çevrilməsi qiymətləri artıra və Avropa sənayesinin elektromobil istehsalında xammal xərclərini yüksəldə bilər. Dördüncü təsir ticarət və investisiya riskləridir. Avropa şirkətləri Arktika layihələrində hüquqi qeyri-müəyyənlik artdığı üçün daha ehtiyatlı davranmağa başlayıblar. Qrenlandiya iqtisadiyyatı üçün böyük investisiya paketi qısamüddətli artım gətirsə də, Avropa üçün uzunmüddətli xərc və asılılıq tələsi yarana bilər. Çünki, ABŞ Qrenlandiyaya milyardlarla dollar sərmayə qoymağı təklif edərsə, adada yollar, limanlar, emal müəssisələri qurular və iqtisadi fəallıq tez artar. Amma həmin infrastruktur əsasən ABŞ şirkətlərinin filizə çıxışını asanlaşdırar. Avropa sənayesi isə sonradan nadir torpaq elementlərini yenə Amerika üzərindən almağa məcbur qalar. Yəni əvvəl Çin asılılığı var idisə, bu dəfə ABŞ asılılığı yaranar. Bu isə Avropa üçün qiymətlərin yüksəlməsi, siyasi şərtlərin artması və qərar müstəqilliyinin azalması demək olar.

Qrenlandiyada ümumi ictima rəy bu prosesdə daha çox ABŞ-ın əlehinədir. Adanın cəmi 57 minlik əhalisi öz mədəni kimliyini və resurslar üzərində nəzarət hüququnu 1979-cu və 2009-cu illər aktları ilə qazanıb. ABŞtərəfinin fokuslandığı emal və hasilat məntiqi yerli əhalinin gündəlik həyat anatomiyasını nəzərə almır. Balıqçılıq əsaslı ənənəvi məşğulluq sahələri, ov və dəniz ərazilərinin qorunması, sosial sabitlik kimi faktorlar makro-sənaye maraqları ilə toqquşur. Danimarka ilə gələcəkdə ehtimal edilən müstəqillik arzusu ABŞ-a qoşulmaq arzusu ilə eyni deyil. Buna görə də ABŞ xüsusi elçisi vasitəsilə təqdim olunan iqtisadi diplomatiya yerli tərəfdə milli müqaviməti daha da yüksəldib.

Bir sözlə, Qrenlandiya böhranı qlobal enerji keçidi, tədarük zəncirləri və NATO təhlükəsizlik problemlərinin toplaşdığı problemdir. ABŞ üçün Şimal Arktikada milli təhlükəsizlik və Çin asılılığını qırmaq layihəsidir. Danimarka üçün isə Krallığın ərazi bütövlüyü və muxtariyyət qanunlarının toxunulmazlığı məsələsidir. Avropa tərəfi Danimarka ilə tam həmrəylik göstərsə də, ABŞ-ın iqtisadi və hərbi çəkisi ilə müqayisədə Danimarkanın rıçaqları məhduddur. Buna görə də Kopenhagen daha çox Avropa İttifaqı platformasını və NATO daxilində konsultasiya mexanizmlərini önə çıxarmağa çalışır.

Əlqərəz, iqtisadi baxımdan bu proseslərdən çıxan nəticə budur ki, kiçik iqtisadiyyatlar qlobal texnologiya keçidi dövründə strateji aktivə (Qrenlandiya kimi) çevriləndə onların bazar dəyəri yüksəlir, amma siyasi riskləri də artır. Qrenlandiyanın 2025-ci ildə 2,4 faiz ÜDM artımı, 3,9 milyard kronluq Danimarkadan aldığı maliyyə transferti və balıqçılığa bağlı ixrac anatomiyası bu fikri təsdiq edir. ABŞ-ın müdaxilə ehtimallı Avropaya xammal qiyməti, müdafiə büdcəsi və təhlükəsizlik baxımından ciddi yük yaradır. Deməli, Qrenlandiya mövzusuna artıq siyasi gözlə yox, iqtisadi gözlə, həm də resursların və rəqəmlərin gözü ilə baxanda daha aydın mənzərə görünür. İş burasındadır ki, bu ada qarşıdakı illərdə qlobal iqtisadiyyatın və texnologiyanın taleyinə böyük təsir edən məkanlardan biri olacaq”.

Şəbnəm 

 Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri