Arsenaldan baş məşqçi qərarı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İngiltərənin "Arsenal" klubu bu yay baş məşqçisi Mikel Artetaya yeni müqavilə təklif edəcək.
Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən məlumatına görə, klub rəhbərliyi yeni müqavilənin şərtlərini hələ mart ayından etibarən tam hazırlayıb.
Rəhbərliyin bu qərarı komandanın cari mövsümü hansı nəticələrlə başa vurmasından qətiyyən asılı olmayacaq.
İspaniyalı mütəxəssis özü də "Arsenal"la yola davam etməyə müsbət yanaşır. Lakin baş məşqçi hazırda bütün diqqətini London təmsilçisi üçün kuboklar baxımından həlledici əhəmiyyət daşıyan mövsümün qalan oyunlarına yönəldib.
Xatırladaq ki, Artetanın "topçular"la qüvvədə olan mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2019-cu ilin dekabrından etibarən "Arsenal"ın sükanı arxasındadır.
Hazırkı duruma əsasən, "Arsenal" 76 xal toplayaraq Premyer Liqanın turnir cədvəlinə liderlik edir və eyni zamanda Çempionlar Liqasının finalına vəsiqə qazanıb.
Baxış sayı:93
Bu xəbər 07 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















