Icma.az
close
up
RU
Arvadını öldürən şəxs: Bıçaqlayandan sonra dedim ki, xəyanətin axırı belə olur

Arvadını öldürən şəxs: Bıçaqlayandan sonra dedim ki, xəyanətin axırı belə olur

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən İman Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Tahirov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə 2025-ci il 18 mart tarixində axşam saat 21 radələrində Lənkəran rayonu ərazisində qeydə alınıb.

Belə ki, İman Tahirov arvadı Günel Tahirovanın Astara şəhər sakini ilə münasibətindən şübhələnərək onunla bu mövzuda dəfələrlə mübahisə edib. Hadisə günü o, qısqanclıq və qisas niyyəti ilə qadını qəsdən öldürmək məqsədilə birgə yaşadıqları evin mətbəxindən bıçaq götürərək uşaq otağında oturmuş arvadına yaxınlaşıb. Təqsirləndirilən şəxs əvvəlcə Güneli əli ilə vuraraq yıxıb, daha sonra bıçaqla həyati vacib orqanlarına beş zərbə endirib. Nəticədə Günel Tahirova ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Məhkəmə baxışında İman Tahirov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, arvadı Günel Tahirovanın iş yoldaşı ilə münasibətindən uzun müddətdir şübhələnirmiş. Bu səbəbdən aralarında dəfələrlə ailədaxili mübahisələr və söz-söhbətlər baş verib.

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü - 2025-ci il 18 mart tarixində axşam saatlarında evinə daxil olduqdan sonra otaqdan arvadının telefonla Sadiq adlı şəxslə danışdığını eşidib:

"Söhbət zamanı onun - "İman nədir, dovşan kimi girib evə", - deməsini eşitdim və buna görə əsəbiləşdim. Bu ifadəni özümə və ailə şərəfimə qarşı təhqir kimi qəbul etdim. Bundan sonra həyətə çıxaraq həmin şəxsi axtardım, lakin tapa bilmədim, yenidən evə qayıtdım və mətbəxdən bıçaq götürərək arvadıma yaxınlaşdım. Günelə - "Sən necə qadınsan ki, ərini başqası təhqir edir, sən isə bir söz demirsən", - deyərək ona bir şillə vurdum. Daha sonra bıçağı belimdən çıxararaq bir neçə dəfə zərbə endirdim. Zərbələrin sayını xatırlamıram, lakin hadisə zamanı - "Bildin səni niyə vurdum? Bax, xəyanətin axırı belə olur", - dedim. Günel isə gözlərimin içinə baxdı və başını aşağı saldı.

Hadisədən sonra İman Tahirov qapını bağlayaraq əlində bıçaqla qayınatasının evinə gedib, törətdiyi əməli etiraf edib və könüllü şəkildə polisə təslim olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri