Icma.az
close
up
RU
“Arxivlərin möhürlü qalması çox ağır fəsadlar verdi və onun nəticəsi 4 iyun 1993 cü ildə oldu...”

“Arxivlərin möhürlü qalması çox ağır fəsadlar verdi və onun nəticəsi 4 iyun 1993 cü ildə oldu...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İsgəndər Həmidov canlı yayımda dedi ki, Sülhəddin Əkbər, arxivləri açın, sizin agentləriniz ölkəni qarışdırır...”

“Mən DTK arxivlərinin açılması mövzusunda kiminləsə canlı efirdə diskussiya apararam, yalnız bir şərtlə ki, o bu məsələdə səriştəli, peşəkar şəxs olsun...”

“Bilirsiz, keçmiş “KQB” arxuvləri mövzusu ətrafında işin mahiyyətinin bilən və bilməyən insanlar öz rəylərini cəmiyyətə mütləq həqiqət kimi çatdırmağa çalışırlar. Amma əksəriyyətinin işin nəinki mahiyyətindən, heç onun ümumi mənzərəsindən belə xəbəri yoxdur. Mənim bu mövzudakı açıqlamalarım yalnız və yalnız faktlara əsaslanır. Qaldı həmin faktları kiminsə necəsə manipulyasiya etmək cəhdi, kimlərinsə onları hansısa siyasi konyukturaya uyğunlaşdırmaq istəyinə, açığı, reaksiya vermək istəmirəm. O adamlar səriştəsiz adamlardır, o adamların dünyadan xəbəri yoxdur. Onlar hansısa qəzetdən, ordan-burdan kontekstdən çıxarılmış fikirləri söyləyirlər”.

Bu fikirləri Moderator.az əməkdaşıyla söhbətində siaysi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün keçmiş DTK arxivlərinin açılması barəsində mediadakı son açıqlamalarına sosial şəbəkələrdə tutulan bəzi iradlara münasibət bildirərkən ifadə edib.

“Bu, artıq həmin dövrdə parlamentdə deputat olmuş və digər vəzifələr tutmuş Elçibəy hökumətinin rəsmiləri tərəfindən də dəfələrlə təsdiqlənib ki, o vaxt arxivlər parlament qərarıyla bağlanıb. İrad tuturlar ki, əslində arxivləri cəbhənin hakimiyyətə gəldiyi ilk qarışıq günlərdə hər yoldan keçənin müdaxilə etməməsi üçün möhürləmək lazım idi... Bu nə absurd iddialardır? DTK arxivləri bəyəm nə idi ki, hər yoldan ötən gedib ora girsin. Bununla nəyə bəraət qazandırmaq istəyirlər – mən anlamıram...

Bir daha deyirəm ki, mən bu məsələdə məmnuniyyətlə peşəkarlarla polemika apararam və dediyim hər bir sözün də arxasında dayanıram. Dünyadan xəbəri olmayan, mövzudan primitiv şəkildə belə məlumatı olmayan adamlarla isə polemika aparmağın əhəmiyyəti yoxdur. Onlar kor tutduğundan əl çəkməyən kimi öz dediklərində dayanacaqlar”, -deyə davamında həmsöhbətimiz bildirib. 

“Artıq AXC hakimiyyətə gəldikdən sonrakı həmin dövrə aid müxtəlif qəzetlərdən müxtəlif məlumatlar paylaşılır. Orada dövlətin o vaxtkı ən yüksək rəsmiləri belə, bildirirlər ki, arxivləri açmaq olmaz. Əbülfəz Elçibəyin də, İsa Qəmbərin də, Pənah Hüseynin də, Fəxrəddin Təhməzovun da, Sülhəddin Əkbərin də arxivlərin açılmasının qeyri-mümkünlüyü haqda fikirləri var. Niyə açmaq olmaz? Məsələ ondadır ki, həmin dövrdə də bir çox  insanlar belə düşünürdülər ki, arxivləri açmaq “KQB” arxivlərindəki sənədləri götürüb, oradakı agentlərin siyahısını qəzetdə dərc etmək deməkdir. Xeyr, elə deyil. O vaxt hələki heç bir postsovet ölkəsində lüstrasiya prosesi aparılmamışdı. Amma söhbət o açmaqdan getmirdi. Arxivlərin açılması dedikdə mənim məqsədim respublikanın təhlükəsizlik orqanının iş fəaliyyətini bərpa etmək üçün açılması olub. Yəni mən bunu Azərbaycan dilində demişəm. İnsanlar ya özlərini ağıllı sayaraq mənim dediklərimi təhrif etməyə çalışırlar, ya da bilmirəm, özləri nədirlər. Mən sizinlə bəhs edilən ötən söhbətlərimdə iki məsələni vurğuladım. Əvvəla, lüstrasiya prosesinin necə həyata keçirildiyini göstərdim. Belə ki, müvafiq qanunverici baza yaradılır. Həmin bazada arxivlərin açılmasının, “KQB” agentlərinin dövlət vəzifələrindən və siyasi fəaliyyətdən kənarlaşdırılmasının hansı şəkildə həyata keçirilməsi göstərilir. İkincisi də arxivlərin orqanın fəaliyyəti üçün açılmasından danışdım. Bunlar ayrı-ayrı şeylərdir. Bunu bilməyən, bunu oxuyub dərk edə bilməyən adamlar mənimlə polemikaya girmək istəyirlər. Bağışlayın, mən elələri ilə polemika aparmıram, getsinlər öz işləri ilə məşğul olsunlar. Onlar mənə opponent deyillər, ola da bilməzlər...

Parlament qərarıyla möhürlənmiş, bağlanmış arxivi açmaq nə Sülhəddin Əkbərin, nə Fəxrəddin Təhməzovun, nə İsa Qəmbərin, nə də Elçibəyin səlahiyyətinə aid olub. Bunu yenə də parlamentin qərarıyla açmaq olardı. Məsələ parlamentə çıxarılmalıydı... Yaxşı, tutalım ki, ilk günlərdə bir qarışıqlıq vardı, buna görə də arxivlər möhürləndi. Bəs sonra? Bəs bir il ərzində onlar niyə açılmadı?”, -deyə Ərəstun Oruclu sual edib.

“Onu da deyim ki, mən burada tərəf deyiləm, mən sadəcə həmin dövrü yaşamış əks-kəşfiyyat əməkdaşı kimi deyirəm ki, arxivlərin orqanın, əməkdaşların fəaliyyəti üçün açılmaması, möhürlü qalması çox ağır fəsadlar verdi və onun nəticəsi 4 iyun 1993-cü ildə oldu. Nöqtə... Bundan artıq heç nə demək istəmirəm...

Parlamentdə mövqelərin necə olmasını dəqiq bilmirəm, mən parlament üzvü olmamışam, iclaslarda iştirak etməmişəm. Yalnız yadımdadır ki, bir dəfə parlament iclası canlı yayımla gedirdi və orada İsgəndər Həmidovla Sülhəddin Əkbər arasında polemika oldu. İsgəndər Həmidov dedi ki,  Fəxrəddin Təhməzov, Sülhəddin Əkbər, arxivləri açın, sizin agentləriniz ölkəni qarışdırır və s. Sülhəddin Əkbər isə buna cavab olaraq  dedi ki, çox “arxivləri açın” deyirsiz, amma mən əvvəlcə “NKVD” arxivlərini açacam, onda çoxları peşiman olacaqlar. Bu polemika yaxşı yadımdadır. Və bir daha təkrar edirəm ki, o dövrdə arxivlər yalnız  parlamentin qərarıyla açıla bilərdi... 

Və icazənizlə mən artıq bu mövzuya nöqtə qoymaq istəyirəm. Çünki görürəm ki, kimlərsə ölkədəki əsas problemlərdən diqqəti yayındırmaq üçün durmadan bu mövzunu istismar edir. Şəxsən mənim üçün öz bilgilərim əsasında istər Elçibəy dövründə, istər digər dövrlərdə “KQB” agenti olan şəxslərin hamısı bəllidir... Və bir daha deyirəm ki, mən bu mövzuda kiminləsə canlı efirdə diskussiya apararam, yalnız bir şərtlə ki, o bu məsələdə səriştəli, peşəkar şəxs olsun”, -deyə ekspert yekunlaşdırıb.

Sultan Laçın 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri