Icma.az
close
up
RU
Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda “Asimmetrik (Enantioselektiv) sintez” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İnstitutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev elmi seminarların təşkilinin əhəmiyyətindən danışıb. O bildirib ki, institutda elmi müzakirələrin genişləndirilməsi, aktual tədqiqat istiqamətlərinin müzakirəyə çıxarılması və müxtəlif elmi müəssisələrdə çalışan alimlərin təcrübəsindən faydalanmaq əsas prioritetlərdəndir. Professor seminarın mövzusunun aktuallığına toxunaraq asimmetrik sintezin müasir üzvi kimyanın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahədə aparılan tədqiqatlar fundamental elmi problemlərin, o cümlədən həyatın mənşəyi ilə bağlı sualların araşdırılması, eləcə də farmakologiya və dərman maddələrinin sintezi sahəsində yeni imkanların yaranması baxımından xüsusi əhəmiyyət daşıyır.

Əfsun Sucayev asimmetriya kimyası sahəsində əldə olunan elmi nəticələrin Azərbaycanda aparılan tədqiqatlar üçün də əhəmiyyətli olduğunu qeyd edib. O, bu istiqamətdə araşdırmalar aparmış alimlərdən professor İdris Əhmədovun və Azərbaycan Texniki Universitetinin professoru, kimya elmləri doktoru Güləhməd Talıbovun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, Güləhməd Talıbovun uzun illər ərzində asimmetrik sintez sahəsində apardığı tədqiqatlar bu istiqamətdə elmi potensialın qorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Professor gənc tədqiqatçıların təcrübəli alimlərin elmi biliklərindən və tədqiqat təcrübəsindən faydalanmasının vacibliyini diqqətə çatdırıb. O, asimmetrik sintezin gələcəkdə də yeni elmi nailiyyətlərə yol açacaq perspektivli tədqiqat istiqamətlərindən biri olduğunu bildirib.

Daha sonra Güləhməd Talıbov “Asimmetrik (Enantioselektiv) sintez” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə asimmetrik sintezin nəzəri əsasları, xiral molekulların alınması, qeyri-xətti effektlər və avtokataliz proseslərinin elmi əhəmiyyəti müzakirə olunub. Güləhməd Talıbov bildirib ki, asimmetrik sintez müasir üzvi kimyanın mühüm istiqamətlərindən biridir. Bu sahədə aparılan tədqiqatlar xiral molekulların yaranma mexanizmlərinin öyrənilməsi, həyatın mənşəyinin araşdırılması, eləcə də daha təhlükəsiz və effektiv dərman preparatlarının hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Alim qeyd edib ki, qeyri-xətti effektlər və avtokatalitik proseslərin öyrənilməsi kimyəvi reaksiyaların daha dəqiq idarə olunmasına və tələb olunan enantiomerlərin üstünlüklə alınmasına imkan yaradır. Bu istiqamətdə əldə olunan elmi nəticələr fundamental kimyanın inkişafı ilə yanaşı, əczaçılıq sənayesi üçün də yeni perspektivlər açır. Güləhməd Talıbov, həmçinin Azərbaycanda asimmetrik sintez sahəsində aparılan tədqiqatların genişləndirilməsinin, gənc alimlərin bu istiqamətə cəlb edilməsinin və beynəlxalq elmi nailiyyətlərin yerli tədqiqatlarda tətbiqinin vacibliyini vurğulayıb.

Seminar mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri