Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Atlant ın açıq hərrac yolu ilə satılması tələb olundu

Atlant ın açıq hərrac yolu ilə satılması tələb olundu

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər - Ceyhun Yusifov və Asim Hacıyevin qoşulduğu məlum olub.

Məhkəmədə elan olunub ki, N.Hacıyevin yaxınları tərəfindən hər iki vəkillə müqavilə bağlanıb.

C.Yusifov bildirib ki, zərərçəkmiş şəxslərin sayı həddən çoxdur: "Burada zərərçəkmişlər iki hissəyə bölünür: həqiqi zərərçəkmişlər və formal zərərçəkmişlər. Zərərçəkmiş qismində tanınan Bayram Yusifovun adı var. Onun Xırdalandakı tikintidə evi var. Ona ziyan dəymədiyi halda, zərərçəkmiş qismində tanınıb. Biz burada zərərçəkmişləri müəyyən etməliyik. Bayram Yusifovun dindirilməsini istəyirik".

Digər vəkil A.Abdullayev müvəkkilinin barəsində ev dustaqlığı seçilməsini tələb edib. Vəkil deyib ki, istirahət mərkəzinin hərraca çıxarılmasını, satışdan əldə olunan vəsaitlə ziyanın ödənilməsi istəyirlər.

Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevin barəsində qüvvədə olan Nərimanov Rayon Məhkəməsinin hökmü var.

Vəkil C.Yusifov bu səbəbdən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətdən imtina etdiklərini, lakin əmlakın açıq hərracda satılması ilə bağlı vəsatətə baxılmasını istəyib.

Hakim bildirib ki, zərərçəkmiş şəxsin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar var, həmin qərarın icra olunması üçün müvafiq qurumlara müraciət olunub.

Daha sonra əmlakının açıq hərracda satılması ilə bağlı prosessual qayda müzakirə olunub. Vəkil C.Yusifov bildirib ki, əmlakın sonda satılması barədə heç bir qayda nəzərdə tutulmayıb, istənilən mərhələdə əmlakın satılması mümkündür.

N.Hacıyev vəkilləri ilə razı olduğunu deyib: "Bu qədər şahid ifadə verib. "Atlant” Bakıda tikintidən olan vəsait hesabına tikilib. Bunu şahidlər də təsdiq edib. Sumqayıtdan Bakıya qədər olan tikintidən ayrılan pullar istirahət mərkəzinə yönləndirilib. Biz qohum olmuşuq, mənim də qohumluq etibarımdan istifadə edib. Mən heç bir əmlakı yayındırmamışam. Yayındırmış olsaydım, bu gün burada olmazdım. Övladlarım da öz evində yaşayırdı. Bunu Tahir Qədəşov da çox gözəl bilib".

Təqsirləndirilən şəxs bildirib ki, bütün tikintilərin Tahir Qədəşova aid olmasını hər kəs bilir.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən də layihələr Tahir Qədəşova verilib.

Dövlət ittihamçısı Fariz Rzayev əmlakın satılması ilə bağlı vəsatətin baxılmamış saxlanılmasını, sonra hökmdə bu məsələyə qiymət verilməsini istəyib.

Zərərçəkmiş şəxslər əmlakların satılmasını, ziyanın ödənilməsini istəyiblər.

T. Qədəşovun vəkili Muxtar Mustafayev vəsatətə etiraz edib. Bildirib ki, əmlakın cinayət yolu ilə əldə olunması məhkəmədə sübuta yetirilməlidir.

Daha sonra müşavirə keçirən hakimlər qərar elan ediblər. Qərara görə, vəsatətin baxılması təxirə salınıb. Hakim bildirib ki, bu məsələ məhkəmənin müşavirə otağında qiymət verilməli olan məsələdir və məhkəmə bu vəsatətə yekunda müşavirə otağında qiymət veriləcək.

Daha sonra çıxış edən N.Hacıyev bildirib ki, Ramana qəsəbəsində "Bərəkətli" MMC-nin direktoru olub və 8 hektar torpaq sahəsi olub:

"Tahir Qədəşov hansısa yolla mən həbs olunandan sonra başqasının adına keçirib. Həmin torpaq sahəsinin ərazisində ağacları kəsib".

Bundan sonar zərərçəkmiş qismində Şahbala Şükürov ifadə verib. O bildirib ki, 110 kvadrat metrlik mənzil alıb: "Mən makler vasitəsi ilə tanış olmuşam və mənzil almışam. Sonra evi satdım".

Məlum olub ki, həmin mənzil üç nəfərə ayrı-ayrı vaxtlarda satılıb. Zərərçəkmiş deyib ki, ona heç bir ziyan dəyməyib, mənzili alıb və daha sonra başqa şəxsə satıb.

N.Hacıyevin vəkili deyib ki, hazırda ifadə verən zərərçəkmiş ziyan çəkməyib. Vəkilin sözlərinə görə, ona mənzil satılıb: "Həmin şəxsdə aldığı məbləğdən baha qiymətə mənzili satıb və burada qazanıb. Biz bilmək istəyirik ki, bu şəxs necə zərərçəkmiş qismində tanınıb ki, buna görə də ziyan hesablanıb".

Hakim deyib ki, Ş.Şükürov Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən zərərçəkmiş qismində tanınıb.

Daha sonra Ş.Şükürov eyni mənzili kağız üzərində alan 3 nəfər zərərçəkmişlə üzləşdirilib. Onların arasında söz mübahisəsi yaranıb.

Zərərçəkmiş Ş.Şükürov bildirib ki, onun heç kimə qarşı şikayəti və ya tələbi yoxdur.

Daha sonra şahid qismində Hikmət Məmmədov ifadə verib. Məlum olub ki, zərərçəkmiş Xatirə Məmmədovanın həyat yoldaşıdır.

Bundan əvvəlki iclasda zərərçəkmiş ifadə verib. Təqsirləndirilən Nofəl Hacıyev həmin ittihamı qəbul etməyib və onun həyat yoldaşına sualları olduğunu deyib. Onun sözlərinə görə, Hüseyn Səfərovun xahişi ilə Hikmət Məmmədovun adına mənzil yazıb.

Şahid H.Məmmədov bildirib ki, təqsirləndirilən şəxsi tanıyıb və onunla 2018-ci ildə tanışlıqları yaranıb: "Həmin ilin dekabrın 15-də Nofəlin ofisində pulu ödəyib və mənzil almışıq. Sonradan evi təmir etmək istəmişik. Lakin ev başqa bir nəfərə də satıldığı üçün təmir edə bilməmişik. MTK-ya mənzil almaq üçün pulu tam ödəmişik, bununla bağlı maliyyə arayışı da var".

Şahid qeyd edib ki, ümumilikdə mənzili almaq üçün 120 min manat ödəyib: "Amma müqavilədə məbləğ 167 min manat göstərilib. Bunu soruşdum, dedilər ki, gələcəkdə baha qiymətə satmaq üçün yazılıb".

Digər zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, şahid burada tamamilə yalan danışır. Onun sözlərinə görə, şahid onun uşaqlıq dostudur: "İndi burada deyir ki, tanışlıq 2018-ci ildə olub. Bir mənzili oğurlayıb, amma verməyib. Prokurorluğa şikayət etməklə şantaj etdi".

Şahid onların danışdıqlarını yalan olduğunu deyib.

Daha sonra prosesdə iştirak edə bilməyən bir neçə zərərçəkmişin ifadələri elan olunub.

Növbəti proses iyulun 17-də davam edəcək.

Məhkəmədə vəkillər tərəfindən belə fikirlər səsləndirilib ki, cinayət icraatı aparılan zaman T.Qədəşov "Atlant” istirahət mərkəzini qızının adına keçirib və cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsinə yönləndirilməsindən yayındırmağa çalışıb.

Məhkəmə iclası başlamamışdan əvvəl zərərçəkmişlər "Atlant”ın sahibi Tahir Qədəşovun məhkəməyə gəlməsini tələb ediblər. İddia ediblər ki, onları bu vəziyyətə salan T. Qədəşovdur.

Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.

Nofəl Hacıyev "Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur.

İttihama görə, vətəndaşlardan toplanan vəsait "Atlant”ın təmir və tikinti işlərinə sərf olunub.

Cinayət işi çərçivəsində "Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.

"Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır.

"Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri