Icma.az
close
up
RU
Atom enerjisinə tələbat zərurətə çevrilir

Atom enerjisinə tələbat zərurətə çevrilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın enerji strategiyasında yeni mərhələ formalaşır. Pərviz Şahbazov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində bildirib ki, ölkə enerji balansına nüvə enerjisini də daxil etməyi planlaşdırır. Nazirin sözlərinə görə, Azərbaycan artıq yalnız karbohidrogenlərə əsaslanan modeldən uzaqlaşaraq daha şaxələndirilmiş enerji siyasətinə keçir.

Bu yanaşmada bərpa olunan enerji mənbələri ilə yanaşı, atom enerjisi də mühüm yer tutur. Elektrik enerjisinə tələbatın sürətlə artması fonunda nüvə enerjisi gələcək balansın vacib komponentlərindən biri kimi nəzərdən keçirilir.

Pərviz Şahbazov əlavə edib ki, yaxın illərdə ölkədə bərpaolunan enerji gücünün 8 QVt-a çatdırılması planlaşdırılır. Bunun təxminən 2 QVt-ı 2027-ci ilə qədər daxili enerji sisteminə inteqrasiya olunacaq, qalan hissəsi isə sonrakı mərhələdə inkişaf etdirilərək ixraca yönəldiləcək. Nazir onu da bildirib ki, gələcək enerji modeli təbii qaz, bərpaolunan mənbələr və nüvə enerjisinin birgə istifadəsinə əsaslanacaq. Onun fikrincə, bu yanaşma həm enerji təhlükəsizliyini təmin edəcək, həm də qlobal enerji keçidinin tələblərinə uyğun olacaq.

Qeyd edək ki, Azərbaycan son illərdə bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməyi məqsəd olaraq qarşıya qoyub. Ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Yeri gəlmişkən, respublikada nüvə energetikasından elektrik enerjisinin alınması ideyası hələ müstəqillik illərindən əvvəl ortaya çıxıb. 1980-ci ildə isə Bakıdan 90 kilometr cənub-şərqdə yerləşən Nəvai yaxınlığında layihə gücü, təxminən 1000 MVt olan AES tikintisinin təməlinin qoyulması həyata keçirilib. Ancaq bu layihənin həyata keçirilməsi Çernobıl faciəsindən sonra isə təxirə salınıb. Azərbaycanın böyük neft və qaz ehtiyatlarına malik olması isə ötən illər ərzində bu məsələnin aktual olmamasına yol açmışdı.

Lakin son illərdə müasir çağırışlar energetika sahəsində də özünü büruzə verib. Artıq bir neçə ildir ki, Azərbaycan öz enerji təminatının dayanıqlılığını möhkəmləndirmək məqsədilə ölkə ərazisində Atom Elektrik Stansiyasının inşası üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və digər təşkilatlarla müzakirələr aparır.

Karbohidrogen ehtiyatlarının tükənmə riski artıq həm enerji ixrac edən, həm də idxal edən ölkələrin əsas narahatlıqlarından birinə çevrilib. Bu səbəbdən beynəlxalq səviyyədə alternativ enerji mənbələrinin inkişafına maraq sürətlə artır. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ekoloji amillər xüsusilə su elektrik stansiyalarının imkanlarını məhdudlaşdırır. Bu şəraitdə Azərbaycan da gələcək enerji balansını təmin etmək üçün daha çevik və uzunmüddətli strategiya formalaşdırmağa çalışır.

Ekspertlər belə hesab edir ki, perspektiv həll yollarından biri atom enerjisidir. Bu istiqamətdə ölkədə ilkin addımlar artıq atılıb. 2014-cü il 8 may tarixində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılıb. Azərbaycan 2002-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olub. 2007-ci ildə isə ölkədə tədqiqat nüvə reaktorunun tikintisi ilə bağlı müraciəti qəbul edilib. Bu addımlar nüvə texnologiyalarına keçidin institusional əsasını formalaşdırıb.

Müstəqillik dövründə ölkə əsasən təbii qaz ehtiyatlarına söykənərək istilik elektrik stansiyalarının inkişafına üstünlük verib. Paralel olaraq hidroenergetika, eləcə də son illərdə günəş və külək enerjisi layihələri genişləndirilib. Bununla belə, hesablamalara görə, alternativ mənbələr uzunmüddətli perspektivdə ümumi enerji istehsalının təxminən 20 faizindən çoxunu təmin etməkdə çətinlik çəkə bilər.

Bu baxımdan, karbohidrogen resurslarının məhdudluğu nəzərə alınaraq, gələcəkdə nüvə enerjisinin alternativ əsas mənbələrdən biri kimi önə çıxacağı ehtimal olunur. Artıq bu istiqamətdə texnoloji baza və insan resurslarının formalaşdırılması üçün hazırlıq işləri aparılır.

Eyni zamanda, Azərbaycanda Atom Elektrik Stansiyasının inşası ilə bağlı müxtəlif müzakirələr gedir. Layihənin həyata keçirilməsində “Rosatom” kimi beynəlxalq tərəfdaşların iştirakı ehtimalı da qeyd olunur. Belə bir layihə reallaşarsa, ölkənin enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişlənə bilər.

Mütəxəssislərin fikrincə, nüvə enerjisi etibarlı, sabit və uzunmüddətli perspektivdə iqtisadi baxımdan səmərəli enerji mənbələrindən biri hesab olunur. Bu stansiyalar fasiləsiz rejimdə fəaliyyət göstərir və külək, günəş kimi alternativ mənbələrdən fərqli olaraq meteoroloji şəraitdən asılı deyil. Bu xüsusiyyət onları enerji təchizatında dayanıqlı baza mənbəyinə çevirir. Bundan başqa, nüvə elektrik enerjisinin istehsalında yanacaq xərclərinin aşağı olması ümumi maya dəyərinə müsbət təsir göstərir.

Ekoloji aspektdən yanaşdıqda isə nüvə elektrik stansiyalarının istismar zamanı CO₂ (karbon dioksid) emissiyası çox aşağıdır. Bu səbəbdən onlar qlobal istiləşmə ilə mübarizədə alternativ və nisbətən “təmiz” enerji mənbəyi kimi qiymətləndirilir.

Digər mühüm məqam isə ərazi istifadəsi ilə bağlıdır. Nüvə stansiyaları digər elektrik istehsal obyektləri ilə müqayisədə daha az sahə tələb edir. Aparılan araşdırmalar göstərir ki, bu obyektlərin ətraf mühitə radiasiya təsiri minimal səviyyədədir və bu da yaxın ərazilərdə kənd təsərrüfatı və turizm fəaliyyətlərinin davam etdirilməsinə imkan yaradır.

Beləliklə, nüvə enerjisi müasir dövrdə həm iqtisadi, həm də ekoloji baxımdan alternativ enerji mənbələri arasında mühüm yer tutmağa davam edir.

Pərviz HEYDƏROV,
iqtisadçı-ekspert

Ölkəmiz neft-qaz, yəni müxtəlif karbohidrogen resurslarına sahib olsa da, buna alternativ, yəni bərpaolunan enerji mənbələrinə də tam olaraq yiyələnmək iddiasındadır. Bu yöndə çox böyük işlər həyata keçirilir. Həmçinin, son illərdə nüvə enerjisindən də istifadə öz aktuallığını qazanıb. Odur ki, nüvə enerjisinə, xüsusilə kiçik modul reaktorlar (SMR) kimi innovativ nüvə texnologiyalarına maraq göstərməyimiz təbiidir və bu artıq, neçə illərdir məlumdur. Çünki bunda təmiz enerji keçid məsələsi ilə zidd təşkil edən heç nə yoxdur.

Bu reaktorlar ənənəvi atom elektrik stansiyaları ilə müqayisədə daha çevik, təhlükəsiz və iqtisadi baxımdan sərfəli hesab olunur. Ümumiyyətlə, nüvə enerjisi çox sərfəlidir. Ölkəmiz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvüdür və agentliyin “Atoms4Netzero” təşəbbüsü çərçivəsində təmiz enerjiyə keçid potensialını 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrə Çərçivə Proqramı” əsasında əməkdaşlıq nəticəsində birgə təhlil edir. Düzdür, bu gün ölkədə heç bir nüvə reaktoru fəaliyyət göstərmir, bu istiqamətdə ancaq elmi araşdırmalar həyata keçirilir. Lakin hesab edirəm həmin gün uzaqda deyil. Çünki ölkəmizin özünün enerji təhlükəsizliyini gündən-günə gücləndirməklə yanaşı bu sahədə kənara verdiyi töhfələr də artır.

Bu isə o deməkdir ki, ölkəmizin özünün də tələbatının durmadan artmaqda olması səbəbindən, həmçinin enerji təhlükəsizliyi sahəsində başqaları üçün də oynadığımız rolun əhəmiyyəti genişlənməkdə olduğundan nüvə enerjisindən istifadə tezliklə zərurətə çevriləcəkdir.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see326

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see289

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see222

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see203

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see200

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see195

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see192

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see191

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see189

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see185

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see177

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see176

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see168

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see168

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see164

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see159

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see159

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see158

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see147

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri