Avropa İttifaqı smartfon batareyasının ömrü ilə bağlı addım atır
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı smartfon batareyasının ömrü ilə bağlı addım atır.
Banco.az xəbər verir ki, Avropa İttifaqının ətraf mühit və davamlılıq siyasətlərinin mühüm hissəsi hesab olunan və 2023-cü ildə təsdiqlənmiş Batareya Qaydaları çərçivəsində mərhələli keçid prosesi ilə batareyaların ətraf mühitə mənfi təsirinin azaldılması və daha dayanıqlı istifadə dövrünün formalaşdırılması hədəflənir.
Elektron tullantıların azaldılması və təbii resurslardan daha səmərəli istifadənin təmin olunmasını nəzərdə tutan yeni qaydalarla cihazların istismar müddətinin uzadılması, istehlakçıların məhsullardan daha uzun müddət və daha aşağı xərclə istifadə edə bilməsi məqsəd qoyulub. Bu çərçivədə “istifadə et-at” modelindən uzaqlaşaraq təmir edilə bilənlik, yenidən istifadə və təkrar emalı əsas götürən daha dayanıqlı istehsal və istehlak sisteminin qurulması planlaşdırılır.
Mərhələli keçid prosesinin ilk addımı 2025-ci ildə atılıb və bu tarixdən etibarən Avropa İttifaqında satışa çıxarılan smartfonlar üçün daha sərt davamlılıq və təmir edilə bilənlik meyarları tətbiq olunmağa başlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 21 Aprel 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















