Icma.az
close
up
RU
Avropa yeni hərbi güc kimi olaraq ortaya çıxır: Rusiya üçün çətin dövr başlayır...

Avropa yeni hərbi güc kimi olaraq ortaya çıxır: Rusiya üçün çətin dövr başlayır...

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

"Rusiya Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşıb. Bu, Avropa İttifaqının Ukraynaya sarsılmaz siyasi dəstəyin bariz nümunəsidir. ABŞ prezidenti D. Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi V. Zeleskinin mövqeyini kifayət qədər gücləndirdi.

ABŞ-dan hərbi yardımlar kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artırır. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Almaniyada anti-Rusiya yönümlü Xiristian-Demokrtaların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq: " Seçkilərdə qələbə çalan partiyanın lideri Almaniyanın ABŞ -dan asılılığına son qoyacağını və Rusiya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Sabiq kansler O. Şoltsın münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu".

Qeyd edim ki, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp- Putin sövdələşməsinin qarşısını alacaq: "ABŞ və Rusiya Almaniyada ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi üçün ciddi işlər görməsinə baxmayaraq qələbə əldə etmədilər. Əgər, Almaniya da Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsəydi, Ukrayna üçün mənfi nəticələri qaçılmaz olacaqdı. Avropa daxilən parçalanacaqdı. Avropa ittifaqının ABŞ -dan ayrılması, geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır. Bununla da ABŞ başçılıq etdiyi qütb parçalanır. Bununla da Rusiya və ABŞ Avropa ilə bağlı planları fiaskoya uğrayır.

Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərındə Türkiyə ilə kordinasiyalı çalışır. Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Türkiyə öz hərbi maşını ilə Ukraynaya ciddi dəstək verəcək. Rusiyanın xarici işlər naziri S. Lavrovun Ankaraya səfər etməsi, məhz Ankaranın Ukrayna siyasətindən narahatlıqdan irəli gəlir. Amma, Ankaranın öz milli təhlükəsizlik maraqlarını üstün tutaraq Kremllə razılaşmaya getməsi istisnadır".

M,Əsədullazadə vurğulayıb ki, məhz Avropanın Türkiyə ilə münasibətlərini inkişaf etdirməsi, Azərbaycanla bağlı Avropanın siyasətində müsbət istiqamətdə inkişaf edəcək: "Avropa İttifaqı Azərbaycan və Ermənistan məsələsində beynəlxalq hüquqdan çıxış edəcək. Ermənistana birtərəfli şəkildə dəstək verilməsi aradan qalxacaq. Çünki beynəlxalq hüququn ABŞ tərəfindən tanınmaması, Avropa üçün soyuq duş effekti verdi. Yeni geosiyasi şərtlərə uyğun olaraq Avropa dövlətləri öz iqtisadiyyatlarında hərbi maşını işə salacaq. Yaxın perspektivdə Avropanın təkcə iqtisadi mərkəz deyil, həm də hərbi mərkəz olması gözlənilir . Bu da Rusiya üçün çəkindirici faktor olacaq.

Qeyd edim ki, növbəti günlərdə Böyük Britaniya və Fransa liderləri D. Trampla danışıqlar aparmaq üçün ABŞ yola düşəcəklər. D. Trampla danışıqların effektli olması gözlənilmir. Bu görüşdən sonra Böyük Britaniya və Fransanın Ukraynaya ordu göndərməsi mümkündür. Növbəti mərhələdə Almaniya da Ukraynaya ordu göndərə bilər.

Rusiya prezidenti V. Putinin D. Trampa arxayın olub, Ukraynanı məğlub etmək planına Avropa seyrçi qalmadı. Bununla da Avropa yeni siyasi iqtisadi və hərbi güc olaraq ortaya çıxır. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar qabaqdadır. Vaşinqton Avropa ölkələri kimi, əsas strateji müttəfiqlərinin etimadını itirdi".

Tehran,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri