Icma.az
close
up
RU
Avropalı alimlərin Azərbaycan sərgüzəştləri Bakıda yüksək məbləğdə cərimələndilər FOTO

Avropalı alimlərin Azərbaycan sərgüzəştləri Bakıda yüksək məbləğdə cərimələndilər FOTO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Azərbaycan meşələri yalnız gözəl mənzərələri ilə deyil, həm də sirli göbələkləri avropalı alimlərin gündəmə gəlib. İsveçrə Meşə və Landşaft Araşdırmaları Mərkəzi (WSL) alimləri Luis Ever Vega Kabrera və Karolina Kornejo “TreeFunAZ” layihəsi çərçivəsində ötən ilin mayında ölkəmizin müxtəlif bölgələrində ekspedisiyaya çıxıblar. Məqsəd, ağac yarpaqlarında yaşayan göbələklərin Avropa ağaclarına təhlükə yaradıb-yaratmayacağını müəyyənləşdirmək idi.

Bakupost.az WSL-in saytına istinadən xəbər verir ki, Azərbaycanın əməkdaşlıq etdiyi laboratoriya avadanlıqsız olduğundan, tədqiqatçılar lazım olan materialları İsveçrədən gətirib və mini-laboratoriya qurmalı olublar.


Alimlərin sözlərinə görə, ekspedisiya başlanğıcdan-sona qədər çətinliklərlə dolu keçib. İlk sərgüzəşt aeroportda yaşanıb: “Hava limanında çoxsaylı böyük çamadanlarımızı yoxladılar, təhlükəsizlik yoxlamasından keçdik və bir saat gecikmə ilə təyyarəyə mindik. Birdən texniki problem elanı gəldi və düşməli olduq. Qısa müddət sonra ikinci bir elan gəldi. Daha bir uçuş ləğv edildi. Qarışıqlıq və xaosun içində, bir çox insanın çarəsiz şəkildə məlumat axtardığı bir vaxtda, bütün günü hava limanında keçirməyə məcbur olduq. Səhəri gün Bakıya səyahəti üçün alternativ bir yol tapdıq. Bu səbəbdən Azərbaycandakı ilkin marşrutumuzu dəyişdirməli olduq. Çünki Bakıya çatanda bizi daha çox sürpriz gözləyirdi”.


Planlarını dəyişməli olan tədqiqatçılar yollarını Talış meşələri və Hirkan qoruğuna salıblar: “Dörd nəfərlik komandamız ilə Bakıdan cənuba doğru yola düşdük. Təxminən 400 yarpağın səthlərini dezinfeksiya etmək üçün müvəqqəti laboratoriyalar qurduq. Ara-sıra yağış, duman və ildırımla qarşılaşdıq, palçıqlı yollardan keçdik. Qaban, bizon və ilanlarla üz-üzə gəldik. Amma bütün çətinliklər baxmayaraq, Azərbaycan gözəl meşələrinin nəfəskəsici mənzərələri, ləzzətli yeməklər, çay və çörəkdən də həzz aldıq”.




Alimlər qeyd ediblər ki, meşələrdə ağacların tapılması çətin olsa da, “Fagus”, “Quercus”, “Carpinus” və “Castanea” növlərinə aid bir neçə nümunə toplamaq mümkün olub. Tədqiqatçılar gün ərzində nümunələri toplayaraq axşamları hotellərdə yarpaqların səthini dezinfeksiya edib.



Səfərin sonunda isə geri dönüş zamanı tədqiqatçılar müxtəlif inzibati çətinliklərlə qarşılaşıblar: “15 gündən çox müvafiq qeydiyyat olmadan qaldığımız üçün qısa müddət Bakıdakı miqrasiya idarəsində saxlanıldıq. Bu pozuntuya görə böyük bir cərimə ödəməli olduq”.
Layihə alimlərə göbələklərin Avropadakı ağac növlərinə potensial təsirini qiymətləndirmək və gələcəkdə beynəlxalq ticarət yolu ilə yayıla biləcək patogenləri erkən müəyyən etmək imkanı verib. Bu ekspedisiya Azərbaycan meşələrinin bioloji zənginliyini əyani göstərib.
Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri