Icma.az
close
up
RU
Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri

Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

“Aİ və səlahiyyətli şəxsləri İttifaqda baş verən qanunsuzluqlara necə göz yumurlar” adlı birinci araşdırmamızda Aİ səlahiyətlilərinin İttifaq idarəçiliyində yol verdikləri qanunsuzluqlar, qanunun aliliyinin rəhbər vəzifəli şəxslərdən yan keçməsinə şərait yaratmaları və baş verən korrupsiya hallarına rəhbərlik tərəfindən göz yumulmasını konkret faktlarla təqdim etmişdik. Bu yazıda isə Avroparlamentin sədri Roberta Metsolanın həyat yoldaşı Ukko Metsolanın kruiz sahəsində (cruise industry) üçün lobbiçilik etməsinə yaratdığı şəraitdən və özünün əldə etdiyi hədiyyələrdən danışacağıq.

Roberta Metsola yoldaşına necə dəstək olub?

Jurnalistlər müəyyən ediblər ki, Ukko Metsolanın “Royal Caribbean Group”-un rəsmi lobbiçisi olması açıq mənbələrdə göstərilib. Onun adı “Şəffaflıq Reyestrində” “Avropa İttifaqı ilə əlaqələr üzrə məsul şəxs” kimi qeyd olunub.

Bu faktın üzə çıxması Metsola ailəsinin qeyri-qanuni fəaliyyətini davam etdirməsinə mane olmayıb. Onlar daha da irəli gedərək “Royal Caribbean Group” üçün “yaşıl qaydalara” əməl edilməsi məqsədilə təmiz texnologiyaların alınması ilə bağlı Aİ tərəfindən maliyyələşməyə nail ola biliblər. “Politico”ya açıqlama verən Viki Kenn adlı ekofəal təsdiqləyib ki, Ukko Metsola həqiqətən də vergi ödəyicilərindən təmsil etdiyi şirkətin Aİ ekoloji standartlarına cavab verən səviyyəyə gəlməsi üçün elə Aİ institutlarından maliyyə istəyib.

Hərçənd cənab Metsola jurnalistlərlə söhbətində Avroparlamentdə deputatlara təsir etmək üçün lobbiçilik fəaliyyətinə son verdiyini desə də, xanım Metsolanın bu müddətdə fəaliyyəti bu fikirləri tam təkzib edib.

1-ci fakt. U. Metsola Komissiyanın nəqliyyat və iqlim dəyişikliyi departamentlərinin rəsmiləri ilə görüşlərində, elektron poçt yazışmlarında, eləcə də ictimai bəyanatlarda “yaşıl keçidə” dəstək ifadə edərək, onu Avropanın gəmi tikintisi sektorunda islahatlar aparmaq üçün "fürsət" adlandırmışdı. Lakin 2023-cü ildə “Royal Caribbean” yanacaq elementlərinin tədqiqi üçün Aİ-dən maliyyə istədiyi məlum olub.

Yekunda onlar Avropa İttifaqında “kruiz sənayesi”nin enerji keçidinin subsidiyalaşdırılması haqda qanunun qəbul olunmasına nail olublar.

Media yazır ki, son aylarda Ukko Avropa Komissiyasına Aİ fondları haqda qanunda dəyişiklik üçün təsir göstərib. Ötən ilin may ayında “Royal Caribbean Group” rəsmiləri Aİ fondlarından ənənəvi qalıq yanacağı əvəzində alınan bahalı ekoloji təmiz yanacaq arasındakı fərqi ödətməyə çağırıblar. Qısa desək, Ukko Aİ tələblərinin yerinə yetirilməsini elə avropalı vergi ödəyicilərinin hesabına həll edib.

2-ci fakt. Ukko “Politico”-ya bildirib ki, ər-arvad şəxsi həyatla, peşəkar iş fəaliyyətini tam ayırmaq barədə razılığa gəliblər və xanım Metsola prezident olduğu müddətdə gəmiçilik sənayesi ilə bağlı heç bir açıqlama verməyəcək. "Hətta həyat yoldaşım prezident olmamışdan əvvəl, 11 ildən çoxdur ki, Avropa Parlamentinin üzvü olduğu üçün gəmiçiliklə bağlı heç vaxt heç nə danışmayıb "-deyə o, əminliklə bildirib.

Amma jurnalistlər sübut edirlər ki, xanım prezident ən azı iki dəfə bu razılaşmanı pozub.

Birinci hal. "Avropanın rifahı və tərəqqisi üçün dənizçilik sənayesinin əhəmiyyətini qiymətləndirməmək olmaz", - deyə o, bu 2024-cü ilin mayında Avropa İttifaqının Dənizçilik Günü münasibətilə rəsmi video müraciətində bildirib. “İqlim ambisiyaları zəruridir”-deyə xanım prezident əlavə edib. O, bildirib ki, gəmiqayırma sənayesinin inkişafı "Aİ-nin nail ola bilən hədəflər qoymasından və maliyyə stimulları təklif etməsindən asılıdır”.

İkinci hal. Roberta Metsola oxşar fikirləri 2022-ci ildə Malta Gəmiçilik Konfransında da dilə gətirib.

Jurnalistlər bu sözləri Ukko Metsolaya xatırlatdıqda isə o, “mən təəccübləndim”-deyib və “açığını deyim, mən bilmirdim” sözlərini işlədib.

Xanım prezidentin ifadələri ilə Ukkonun sənayenin bu sahəsi üçün xahişləri ilə üst-üstə düşməsinə baxmayaraq, sədrin köməkçisi yenə də fikrindən dönməyib və “Xanım Metsola yalnız parlamentin ümumi fikrini təqdim edib və üzvlər səsvermədə iştirak ediblər. Adi prosedurdu, burada qeyri-adi heç nə yoxdur”-deyərək israr edib.

“Corporate Europe Observatory” təşkilatından Viki Kenn xanım Metsolanın həyat yoldaşının olduğu sahə haqda səsləndirdiyi fikirləri yersiz, düşünülməmiş və parlament prezidentinin statusuna uyğun olmayan açıqlama kimi qiymətləndirib.

Robertanın kölgəsindəki biznes əlaqələri

Cənab Metsolanın həyat yoldaşının nüfuzundan sui-istifadə etməsi haqda da bir neçə fakt göstərilir. “Politico”-dakı məqalədə qeyd olunur ki, xanım Metsolanın siyasi nüfuzu Ukko Metsolanın avtoritetinə xeyli müsbət təsir göstərib.

Bu faktlardan biri: Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Belçikanın Xarici İşlər naziri Hace Lahbib və Avropa Parlamentinin sədri Roberta Metsola “Yeni il” bayramı ilə əlaqədar Belçika Kraliçası Matildanın təşkil etdiyi qəbulda olublar. Foto həmin görüşdə çəkilib. Amma jurnalistlər hələ də Ukko Metsolanın həmin qəbulda hansı statusda iştirak etdiyini müəyyənləşdirə bilməyiblər.

Digər fakt: 2023-cü ilin may ayında Vyetnamın “Hanoi Times” Böyük Britaniya taxt-tacının yeni sahibi III Karlın tacqoyma mərasimindən reportaj hazırlamışdı. Həmin məqalədə bir foto jurnalistlərin diqqətindən qaçmayıb. Fotoda Fransa prezidenti ilə Vytenamın keçmiş prezidentinin görüşməsi əks olunub. Diqqətlə baxılarsa arxada iki nəfər də gözə dəyir. Bunlardan biri Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel, digəri isə yenə də möcüzəli formada həmin tədbirə düşə bilən Ukko Metsoladır.

Maraqlıdır ki, bu hal özünü şəffaflığın, hesabatlılığın, korrupsiyaya qarşı mübarizənin böyük tərəfdarı kimi göstərə bilən xanım Metsolanın ilk “maraq toqquşması” deyil. Belə ki, 2022-ci ildə Roberta Metsola bacısının həyat yoldaşı Metyu Tabonu Avropa Parlamenti prezidentinin ofisinin rəhbəri təyin etmək istəmiş, lakin “Qatargate” skandalına, medianın və digərlərinin kəskin reaksiyalarından və tənqidlərindən sonra fikrindən daşınmışdı. Buna baxmayaraq, xanım Metsola 2024-cü ilin avqustunda Metyu Tabonu yenə də həmin vəzifəyə təyin etmişdir.

Qeyd edək ki, Metyu Tabon 2013-cü ildən, Roberta Metsola ilk dəfə Avropa Parlamentinə seçiləndən onunla birgə işləyir. 2015-cü ildə Tabon Robertanın bacısı ilə ailə qurduqdan sonra da peşəkar iş birlikləri davam edib.

Roberta Metsola öz qanununu özü pozur

2023-cü ildə xanım Metsolanın başqa bir hərəkəti də medianın diqqətini cəlb edib və o, yenidən haqlı olaraq hədəfə gəlib. Bu dəfə xanım Metsola ona verilən hədiyyələrin siyahısını vaxtında bəyan etməməsi ilə gündəmdə olub. O, əldə etdiyi 142 hədiyyədən 125-i haqda təqdim etməli olduğu vaxtdan xeyli keçmiş bəyannamə təqdim edib.

Hədiyyələr arasında:

- “Mərakeş qülləsi”nin qızıl modeli (Mərakeşli siyasətçi Naama Mayar tərəfindən)

- Qızıl naxışlı ağ paltar (Bəhreyn parlamentinin spikeri Fevziyyə Zeynal tərəfindən)

- Bahalı şərf (Fransa baş naziri Elizabet Born tərəfindən)

- “Sennheiser” naqilsiz qulaqcıq (Almaniya Bundestaqından)

- Bahalı xrustal qab (Çexiyanın Aİ Şurasındakı nümayəndəliyi tərəfindən)

- Ağ bluz (Moldova Prezidenti Maya Sandu tərəfindən)

- Brügge haqda əntik kitab (Avropa Kollecinin rektoru Federiki Moqerini tərəfindən)

- Dekorativ, əntik boşqab (Özbəkistanın Benilyuks ölkələrində səfiri tərəfindən)

- BƏƏ XİN rəhbəri tərəfindən verilmiş hədiyyə reyestrdə "ayrı-ayrılıqda yığılmış ikon və qutu" yazılsa da, hədiyyənin üzərində “EXPO2020-nin loqosunu təsvir edən qalxan” qeyd olunub.

Bütün bunlardan başqa xanım Metsolaya məhz parlamentdə, iş zamanı bahalı şampan şərabları, şokoladlar, tort və digər əşyalar hədiyyə edilib.

Halbuki, “Davranış kodeksi”nə görə Parlamentin hər bir üzvü aldıqları hədiyyələrlə bağlı həmin ayın sonunda, ən geci növbəti ayın əvvəli məlumatları təqdim etməlidilər.

Rüşvət, korrupsiya, qeyri-effektiv idaərçilik, qısnama bütün bunlar Metsolanın ilk rəhbərliyi illərində Avropa Parlamentində baş verən adiləşmiş pozuntulardır.

Metsola, fon der Layen, Eva Kayli ...

“Metsola hadisəsi” indi Avropa idarəçiliyində rast gəlinən təəssüf ki, yeganə qalmaqallı hal deyil. Avropa Komissiyasının prezidenti Ursula fon der Layenin həyat yoldaşı Hayko ilə bağlı oxşar qalmaqal yaşanıb.

Ötən il Avroparlamentin “Yaşıllar/Avropa Azad Alyansı”nın 8 üzvü şəffaflıq məsələləri üzrə komissiyanın vitse-prezidenti Vera Yourovaya Ursula fon der Layenin həyat yoldaşı Hayko fon der Layenin rəhbəri olduğu “Orgenesis” şirkətinin Avropa İttifaqı İnstitutlarından 2 dəfə maliyyə yardımı aldığı haqda məktub ünvanlayıblar.

Deputatlar məktubda qeyd edirlər ki, Amerikanın “Orgenesis” şirkətinin İtaliyadakı törəmə şirkəti Avropa İttifaqı tərəfindən maliyyələşən gen və hüceyrə terapiyası layihəsindən pay alıb. (mənbə) Hayko fon der Layen həmin şirkətin tibb üzrə direktoru və İdarə Heyətinin üzvü olub. Yalnız İtaliya mediası bu qalmaqalın izinə düşəndən sonra o, istefa verməyə məcbur olub.

Digər fakt isə ötən yazıda xatırlatdığımız Avropa Parlamentinin keçmiş sədr müavini Eva Kayli və onun da əri Fransesko Georginin böyük korrupsiya, rüşvətgötürmə, külli miqdarda pulyuma və digər cinayət razılaşmasında iştirakları və “Qatargate” işinə həbs olunmaları haqdadır. Onlarla bərabər bu cinayətdə əlləri olan Avropa Parlamentinin digər rəsmisi Panseri, deputatlar Mark Tarabella və Andrea Koççolino da eyni aqibəti yaşayıblar. Bu cinayətkar dəstə Qətər dövləti üçün lobbiçilik etməklə yanaşı Avropa Parlamentində Qətər xeyrinə qətnamə qəbul olunması üçün digər deputatlara təsir etmək, onlara rüşvət təklif etməkdə günahlandırılıblar. Əldə olunan 5,4 mln. avro pulun 60%-i Kayliyə, 40% Panseriyə çatıb. Polis araşdırma zamanı Kaylinin bir çox məsələ üçün Metsolaya mesaj yazdığını, ondan dəfələrlə xahiş etdiyini aşkar edib.

Bundan başqa bu ailəyə məxsus dörd ev, bit villa, bahalı avtomobil və axtarış zamanı evdə aşkar olunan yüz minlərlə avro aşkar edilərək, müsadirə olunub.

Beləliklə, Roberta Metsola Avropanın ən nüfuzlu üç şəxsindən biridir. Karyerası boyunca ətrafdakılardan qanunlara tabe olmağı, hesabatlılıq və korrupsiyadan uzaq olmağı tələb etsə də, məsələ özünə, ailəsinə çatanda nümunə olmaq istəmir.

Robertanın parlament prezidenti olduğu dörd il ərzində media onun həyat yoldaşının işi barəsində çox az məlumat yayıb. Mütəxəssislər bunu Metsolaların piarının yüksək səviyyədə qurması ilə əlaqləndirirlər.

Əslində prezidentin “Davranış kodeksi”nin müddəalarından yan keçdiyi ilə bağlı parlamentdə heç kimin məlumatının olmaması inandırıcı görünmür. Digər tərəfdən, belə aydın olur ki, avrodeputatlar parlamentdə hökm sürən “cəzasızlıq mədəniyyətinə” özlərini öyrəşdiriblər. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see141

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see137

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see135

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see119

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see117

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see115

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see115

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see110

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

12 Aprel 2025 06:23see110

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see108

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see107

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri