Icma.az
close
up
RU
Avtomobil əvəzinə tank: Almaniya istehsalçıları çıxış yolunu tapıblar

Avtomobil əvəzinə tank: Almaniya istehsalçıları çıxış yolunu tapıblar

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Almaniyanın hərbi sənayesi ölkə iqtisadiyyatını durğunluqdan çıxara bilər: avtomobil yox, hərbi texnika istehsal edəcəklər

Avropada təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi və müdafiə xərclərinin artırılması zərurəti fonunda Almaniyanın hərbi sənayesi ölkə iqtisadiyyatını koronavirusdan əvvəlki dövrlərdən bəri yaşadığı durğunluqdan çıxara bilər. Avtomobil sənayesindəki tənəzzüldən əziyyət çəkən avtomobil istehsalçıları artıq hərbi texnika istehsalına keçərək işçilərini müdafiə sənayesi sahəsinə köçürməyə başlayıblar. Almaniyanın yeni hakimiyyət orqanları hərbi ehtiyaclara 200 milyard avro xərcləmək istəyir və bu məqsədlə büdcə məhdudiyyətlərini aradan qaldırmaq üçün digər tərəflərlə razılığa gəliblər.

İkinci Dünya müharibəsindən sonra müttəfiq qüvvələr Almaniyanın aviasiya sənayesini məhv etdilər və bir çox yüksək ixtisaslı mühəndis və tərtibatçılar işlərini itirərək avtomobil istehsalına üz tutdular. Fəaliyyətdəki bu dəyişiklik Almaniyanın avtomobil sənayesinin dünya liderinə çevrilməsini təmin edən əsas amillərdən biri oldu. “Soyuq müharibə”nin bitməsindən sonra inkişaf edən, amma üç onillik sülhdən sonra ölkənin müdafiə sektoru çətin vəziyyətə düşdü. Lakin Ukraynada üç illik müharibədən sonra və ABŞ-ın yeni Donlad Tramp administrasiyasının Avropanın təhlükəsizliyini təmin etmək səylərindən əl çəkməsi fonunda əks proses başlayıb.

Alman hərbi-sənaye kompleksi böyük dərəcədə ixrac yönümlü olduğu üçün Çin iqtisadiyyatındakı yavaşlamadan əziyyət çəkən və elektromobil bazarında Çindəki rəqiblərinə uduzmuş avtomobil sektorunu ələ keçirir. “Volkswagen” müharibədən sonrakı 80 ildə ilk dəfə Almaniyada iş yerlərini ixtisar etmək qərarına gəlib. İndi tank, radar və digər silah istehsalçıları ölkə iqtisadiyyatına yeni təkan verməyə hazırlaşır.

Avropa mediasının məlumatına görə, Almaniyanın ən böyük müdafiə şirkəti “Rheinmetall” keçən həftə iki avtomobil hissələri zavodunun təyinatını dəyişdirəcəyini açıqlayıb. Şirkət silah istehsalına başlayacaq. Ukraynanın Rusiya ilə müharibəsində istifadə etdiyi TRML-4D radar sistemlərini istehsal edən “Hensoldt” şirkəti isə böyük avtomobil hissələri tədarükçüləri “Bosch” və “Continental”dan 200-ə yaxın işçi işə götürmək üçün danışıqlar aparır. “Rheinmetall” həmçinin “Continental”dan 100-ə yaxın işçini transfer etmək niyyətindədir.

"Avtomobil sənayesindəki çətinliklər bizim üçün üstünlüyə çevrildi", deyən “Hensoldt”un baş direktoru Oliver Doerre “Reuters” agentliyinə bildirib ki, gələcək investisiyalar illik radar istehsalını iki dəfədən çox artıraraq 25-30 ədədə çatdıracaq: “Biz müdafiə sənayesini Almaniya iqtisadiyyatının mühərriki kimi görməliyik. O, əvvəlkindən daha əhəmiyyətli rol oynayacaq”.

Almaniyanın ÜDM-i 2023-2024-cü illərdə azalıb və 2019-cu ildən bəri demək olar ki, dəyişməz qalıb. Eyni zamanda, Almaniya Sənaye Federasiyasının məlumatına görə, sənaye istehsalının azalması sürətlidir. “Volkswagen” 2030-cu ilə qədər Almaniyada 35 min iş yerini ləğv etməyi və istehsalı ildə 700 mindən çox avtomobil azaltmağı planlaşdırır. “Continental” ilin sonuna qədər problemli avtomobil bölməsini ayrı bir şirkətə çevirmək niyyətindədir.

Ekspetlər bildirirlər ki, avtomobil sektorunda ehtiyat gücün istifadəsi Almaniyanın mövcud istehsal infrastrukturunun saxlanmasına və hərbi texnikanın istehsalının artırılmasına kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Mart 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri