Icma.az
close
up
RU
Axmaqlara xitab edənlər və Azərbaycan

Axmaqlara xitab edənlər və Azərbaycan

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əgər geniş kütlə toplamaq istəyirsinizsə, axmaqlara xitab edin".

Məşhur alman filosofu Artur Şopenhauer bu sözləri yazanda bəşəriyyət hələ XIX əsrin günortasında yaşayırdı. Şopenhauer Avropasının iddiliyasından indiki "TikTok" cəmiyyətlərinin siluetləri hələ görünmürdü.

İndi bu fikir, deyəsən, bir balaca köhnəlib. Çünki elə mən özüm "axmaq" kontentlərin təsiri altında yaşlanan xeyli ağıllı adam tanıyıram. Nə hikmətdirsə, ucuz mətləblərin "ucundan tutub" ucuzluğa gedənlərin sayı həndəsi silsilə ilə artır.

Sizə kimdən deyim. Dmitri Medvedyevdən. Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Medvedyevdən (sədr isə prezident Vladimir Putindir).

Belə demək olarsa, bu adam, yəni Dmitri Medvedyev zamanında baş nazirin birinci müavini olub, baş nazir olub. Hətta Putinin icazəsi ilə Rusiyanın prezident də olmuşdu. Doğrusu, nə qədər zərərli vərdişlərə təslim olmuş olsa da, adam ağılsız deyil; ali hüquq təhsili alıb, hüquq üzrə fəlsəfə doktorudur. Çox oxuyub, çox gəzib, çox şey bilir. Ancaq elə ki "yuxudan ayıldı", ya kimisə küçə ifadləri ilə təhqir edir, ya da ultimatum verir.

Medvedyev bu dəfə "qış yuxusundan" ayılıb, Amerika Birləşmiş Ştatlarına müharibə "elan edib". Donald Trampın Rusiyaya müharibəni dayandırmaq üçün verdiyi vaxtı qısaldıb, 50 gündən 10-12 günə endirməsini şərh edən Medvedyev deyib ki, belə getsə, müharibə Ukrayna ilə deyil, onun (Trampın) öz ölkəsi ilə aparılacaq.

Ukraynada bataqlığa düşüb çabalayan bir ölkənin kifayət qədər ciddi və yüksək vəzifə tutan bu məmuru, dediyim kimi, heç də axmaq deyil. Deməli, öz xalqını axmaq yerinə qoyub və axmaqlara ünvanlanmış leksikondan və ritorikadan istifadə edir.

Rusiyanın Medvedyev kimi başqa çox belə dövlət rəsmiləri, "ekspert"ləri, generalları, jurnalistəri var, sırf axmaqlara xitab edirlər. Yəni öz həmvətənlərini axmaq yerinə qoyurlar. Məsələn, baxırsan, Dövlət Dumasında deputatdır, ya da

keçmiş diplomatdır, yaxud stajlı- "ştatlı" "politoloq"dur, ancaq aşağı ayarlı kütləyə hesablanmış tavtologiyadan o tərəfə keçə bilmir. Ya da bunlara sifariş belə verilib.

Məsələn, həmin bu subyektlər Azərbaycan prezidentinin Ukraynalı jurnalist Dmitri Qordonun sualına verdiyi cavabı çox aşağı səviyyədə şərh edirlər. Deyirlər ki, İlham Əliyev Ukraynaya işğalla barışmamağı məsləhət görərkən, Rusiya-Ukrayna müharibəsində tərəf tutub, Ukraynanın tərəfində durub və sair.

Bu qədər oxumuş, təcrübəli, yaşlı-başlı adamlar - siyasi "ekspert"lər özləri özlərini dolaşdırırlar. Onların xəstə məntiqindən belə çıxır ki, Prezident İlham Əliyev Ukraynalılara: "Torpaqlarınızı Rusiyaya verin, əlinizi qaldırıb təslim olun" deməliymiş.

Əlbəttə ki, beynəlxalq hüquq, beynəlxaq münasibətlər üzrə "beynəlxal dərəcəli usta" - özünün də dediyi kimi, belə təcrübəli prezident Ukraynaya işğalla barışmamağı tövsiyə etməliydi və etdi. Çünki Rusiya Ukraynaya hücum edib, Ukrayna əraziləri işğal edilib, kağız üzərində - saxta sənədlərlə ilhaq edilib. Bunun qarşısında prezident Əliyev nə deməliydi?! Deməli idi ki, Ukrayna işğalla barışsın?! Təbii ki, yox.

Bax, bu qədər saddədən sadə həqiqətləri Rusiyanın "savadlı" adamları başa düşmək istəmir.

İkincisi, Azərbaycan əvvəldən Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib və hazırda da bu mövqedədir. Çox sadə səbəbdən: bunlar hamılıqla qəbul edilmiş, Rusiyanın da 1992-ci ildə Helsinkidə lehinə səs verdiyi beynəlxalq hüquq prinsipləridir. Bu məsələlərdə Azərbaycan necə davranmalıdırsa, elə davranır. Hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvanın bunu əvvəldən bildiyini və anlayışla qarşıladığını deyib. Yəni rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi indiyədək Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etməyibsə, indi nə dəyişib ki?! Eyni Azərbaycandır, eyni aqressor Rusiyadır, eyni zərərçəkən, işğala məruz qalan Ukraynadır. Dəyişən bir şey yoxdur. O halda Azərbaycan prezidentinin indi söylədikləri - məlumun elanı Rusiya propaqandistlərinin bu cür dayaz stəkanında niyə bu boyda fırtına yaratsın ki?! Heç bir əsası, heç bir səbəbi yoxdur axı bu "fırtına"nın. Bunu anlamaq üçün nə diplomat olmaq lazımdır, nə politoloq. Sadəcə, normal adam olmaq lazımdır. Adam olmaq!

Doğrudan da, Medvedyev olmaq, Konstantin Zatulin olmaq asandır, Solovyov olmaq isə lap asandır. Amma adam olmaq çətinmiş, çətin!

Odur ki, Şopenhauerin sarkazm üslubunda dediyi kimi, axmaqlara, ya da axmaq yerinə qoyulanlara xitab edənlər özlərini ağıllı sayanda iki dəfə düşünsünlər. Əlbəttə, əgər sağlam düşüncə aparatları hələ tam sıradan çıxmayıbsa.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyul 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri