Icma.az
close
up
RU
Ayaz Mütəllibovun hansı nazirləri AXC yə silahlı hücum əmrini yerinə yetirməyib?

Ayaz Mütəllibovun hansı nazirləri AXC yə silahlı hücum əmrini yerinə yetirməyib?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daxili İşlər Nazirliyinin Banditizmə qarşı Xüsusi İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Nizami Musayev 1992-ci ilin may ayında Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyinin bəzi məqamlarını açıqlayıb.

AzPost bildirir ki,  o, “azeritoday” saytına verdiyi müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin sabiq prezident Ayaz Mütəllibovun hakimiyyətə qayıdış cəhdinin qarşısını necə almasından danışıb.

N. Musayev deyib ki, 14-15 may hadisələrindən əvvəl A. Mütəllibovun ətrafı plan hazırlayıbmış: “12 may 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahına hucum planlaşdırılmışdi. İlk olaraq “Qardaşlıq” və digər yarımhərbi təşkilatların silahlıları binaya hucum etməli idilər. Silahlı qarşıdurma yaranan kimi hüquq-mühafizə orqanlarının xüsusi dəstələri hərəkətə keçəcəkdi. Biz hucumun dəqiq vaxtını da bilirdik: Mayın 12-dən 13-nə keçən gecə. Mayın 12-də Ayaz Mütəllibovun ad günü idi”.

N.Musyaevin sözlərinə görə, AXC-nin qərargahını könüllü gənclər qrupu müdafiə edirdi: “Ən yaxşı hazırlıqlı qrup Bülbül prospektində tanınmış bir incəsənət xadiminin evində sutkalıq növbə çəkirdi. Fövqəladə situasiya baş verərsə Əbülfəz Elçibəy AXC-nin qərargahından evakuasiya olunaraq bu mənzilə gətirilməli idi və sonrakı göstərişlər gələnə qədər burada saxlanılmalı idi. Bunu Elçibəydən, İsgəndər Həmidovdan və məndən başqa heç kim bilmirdi”.

N.Musayev bildirib ki, AXC-nin qərargahı hərbi baxımdan hucuma müqavimət üçün tam hazır vəziyyətdə idi. İstənilən silahlı hucumu dəf etmək üçün kifayət qədər qüvvə var idi: “Amma göstərilən vaxtda hucum təxirə salındı. Azərbaycanın hüquq-mühafizə orqanlarının bəzi rəhbərləri bu planı yerinə yetirməkdən imtina etdilər. Nazirlər özəl kanalla bu barədə AXC-yə məlumat göndərdilər. “Qurbanlıq” olmaq istəmədilər”.

Bundan sonra A. Mütəllibovun ətrafı onun Ali Sovetdə istefasının ləğv edilməsi prosesinə başladılar. 14 mayda Ali Sovetin fövqəladə sessiyası çağrıldı və iki ay əvvəl əl çalmaqla istefaya göndərdikləri prezident barədə qərarı ləğv etdilər.

İstefada olan polkovnikin sözlərinə görə, bu qərardan sonra xalq parlamentə doğru hərəkətə başlayıb: “AXC-nin parlamentə yürüş etmək barədə konkret qərarı yox idi. Orada fiir ayrılığı yaranmışdı. AXC qərargahı qarşısında ümumxalq mitinqi çağrıldı. Onun nəticələri əsasında qərar qəbul edilməli idi. Amma xalq səhər tezdən AXC qərargahının qarşısına axışmağa başladı”.

Mitinqə Bakıda yerləşən hərbi hissələrdən bir neçə hərbi texnikanın qoşulması vəziyyəti tam dəyişdirir. Bu hərbi hissənin komandiri Nizami Səfərov mitinqdə çıxış edərək Konstitusiya və xalqı müdafiə etmək bardədə qərarını elan edir. “Principcə xalq AXC-nin qərarı olmadan da Prezident Aparatına  gedəcəkdi. Qarmaqarışlıq və provokasiyanın olmaması üçün AXC mitinqi xalq yürüşünə çevirmək barədə qərar verdi”-deyə N.Musayev vurğulayıb.

 Onun sözlərinə görə, son günə qədər Ayaz Mütəllibovla danışıqlar aparıldı və onu belə  təhlükəli hərəkətlərdən çəkindirmək istəyiblər: “Amma onun ətrafı Mütəllibovu əks fəaliyyət göstərməyə inandırdı. Əgər Ayaz Mütəllibov qayıtsa idi ölkədə kütləvi həbslər başlayacaqdı. Bizə onun fəaliyyət planı detallarına qədər bəlli idi. AXC-yə qarşı kütləvi repressiaya başlamaq barədə xüsusi fərman hazırlanmışdı”.

Qeyd edək ki, 1992-ci ilin mayın 15-də bir gün əvvəl prezident səlahiyyətlərini bərpa edə bilmiş Ayaz Mütəllibova etiraz olaraq xalq yürüşü başlanıb və nəticədə prezident postundan devrilib. Bundan sonra A.Mütəllibov Moskvaya qaçıb və 20 il orada yaşayıb. 2012-ci ildə Azərbaycanda qəbul edilmiş eks-prezidentlər haqqında qanun ona şamil edildikdən sonra vətənə qayıdıb. 2022-ci ildə vəfat edib.

Azpost.info

“TikTok”da izləyin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Fevral 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri