Ayxan Həsənli dünya çempionatının gümüş medalını qazandı
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin cüdoçusu Ayxan Həsənli Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz uğurlu çıxış edərək finala qədər irəliləyib və yarışı dünya ikincisi kimi başa vurub.
Yarışın üçüncü günündə Azərbaycan millisinin daha üç üzvü tatamiyə çıxıb. Yaqub Məmmədov (81 kq) mübarizəni ilk mərhələdə dayandırıb. Ömər Axundov və Nurəddin Əliyev (hər ikisi 90 kq) yarımfinalda məğlub olaraq bürünc medal uğrunda görüşə vəsiqə qazanıblar.
Daha əvvəl Fərid Rzazadə 50 kq çəki dərəcəsində dünya çempionu olub.
Beləliklə, Azərbaycan millisinin aktivində hazırda iki medal - bir qızıl və bir gümüş mükafat var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 23 Avqust 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















