Icma.az
close
up
RU
Azad edilmiş bölgələrdə aparılan bərpa və quruculuq işləri dayanıqlı inkişaf modelini təcəssüm etdirir

Azad edilmiş bölgələrdə aparılan bərpa və quruculuq işləri dayanıqlı inkişaf modelini təcəssüm etdirir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri əlamətdar tarixi hadisələrlə zəngin olur. Bu mənada ölkəmizin başçısının Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyması, Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçmüş sakinlərlə görüşü, Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirakı olduqca əlamətdar məqamlar kimi yaddaşlara həkk olundu.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O qeyd edib ki, dövlətimizin başçısının Xocavənd rayonunun Sos kəndinə, Qırmızı Bazar qəsəbəsinə səfərləri də əlamətdar hadisələrdən idi: “Prezident İlham Əliyevin Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü, onlarla səmimi söhbəti zamanı dövlətimizin başçısının tariximiz, yeni dövrün reallığı, II Qarabağ müharibəsi və ondan sonrakı dövrlərlə bağlı vacib mesajları olduqca əhəmiyyətlidir. Həmçinin Prezident İlham Əliyevin Xocalı rayonunun Şuşakənd kəndinə səfəri, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirakı da xalqımız üçün qürurverici hadisələr kimi xarakterizə olunur. Çünki uzun on illiklər Ermənistanın işğalında olan, separatizm yuvasına çevrilən torpaqlarımızda bu gün həyat canlanır. Bu torpaqların əsl sakinləri ata-baba ocaqlarına geri dönür. Məhz qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda görülən misilsiz işlər də bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqəti və birbaşa nəzarəti ilə görülən işlər bu bölgəyə qayıdan sakinlərin rahat, xoşbəxt və təhlükəsiz şəraitdə yaşamasına hesablanıb”.Deputat bildirib ki, Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə də dövlətimizin başçısı olduqca vacib məqamlardan bəhs edib, öz yurd-yuvalarına qayıdan sakinləri bir daha təbrik edərək xalqımızın bundan sonra qalib, alnıaçıq, qürurla yaşayacağı qeyd olunub. Doğma Qarabağ torpağında gəlib yerləşən sakinlərə ölkəmizin başçısının səmimi söhbətləri isə dövlət-vətəndaş amilinin ən yüksək səviyyədə tərənnümü kimi qiymətləndirilir. Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə etdiyi səfərlər post-münaqişə dövrünün əsas inkişaf dinamikasını müəyyən edən strateji hədəfləri xarakterizə edir. Dövlətimizin başçısının azad edilmiş bölgələrə səfərləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının ardından reallaşan bərpa-quruculuq işlərinin sürətini, miqyasını və siyasi iradənin gücünün bariz nümunəsidir”.Sevinc Hüseynova hesab edir ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri bu bölgədə görülən işlərin də miqyasını bir daha göz önündə canlandırır: Qısa zamanda 30 il dağıdılan, viran edilən, daşı-daşı üstündə saxlanılmayan bir bölgədə yenidən həyatın canlanması, yaradılan ən müasir infrastruktur, çəkilən yollar, tunellər, tikilən körpülər Azərbaycan dövlətinin əzminin, iradəsinin nümayişidir. Azərbaycan artıq işğal faktorunu aradan qaldırıb və bu ərazilərdə tam suveren hüquqlarını icra edərək, özünəməxsus ərazilərdə xariqələr yaradır. Bbu regionların Azərbaycan digər bölgələrinə inteqrasiyası davam edir. Prezidentin səfərləri zamanı verdiyi bəyanatlar da strateji xarakter daşıyır. Zəngəzur dəhlizi məsələsində Prezidentin qətiyyətli mövqeyi regional kommunikasiya xətlərinin yenidən formalaşdırılmasında Azərbaycanın rolunu ön plana çıxarır. Azad edilmiş bölgələrimizdə “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları çərçivəsində kənd təsərrüfatı layihələri də icra olunur. Bütün bunların fonunda yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin geri qaytarılması kimi planlar Azərbaycanın post-münaqişə dövründə modern və dayanıqlı inkişaf modelinə keçid etdiyinin nümayişi kimi də dəyərləndirilir. Bu mənada Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri Azərbaycanın yeni dövrə – post-münaqişə mərhələsinə keçidinin simvolu hesab edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri