Icma.az
close
up
RU
Azad söz təzyiq altında: Avropa fikir azadlığında yeni məhdudiyyətlərlə qarşılaşır

Azad söz təzyiq altında: Avropa fikir azadlığında yeni məhdudiyyətlərlə qarşılaşır

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İfadə azadlığının rəsmi olaraq ayrılmaz hüquq kimi qəbul edildiyi Avropada fikirləri əsas cərəyana uyğun gəlməyənlərə qarşı təzyiq halları getdikcə artır. Finlandiya və Böyük Britaniyadan daxil olan hallar dövlət qurumlarının son vaxtlara qədər demokratik cəmiyyətdə ağlasığmaz görünən tədbirlərə necə əl atmağa başladığını göstərir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" jurnalı yazıb.

Finlandiyada sabiq daxili işlər naziri və parlament üzvü Pyayvi Ryasyanen sosial şəbəkələrdə ölkənin lüteran kilsəsinin LGBT paradında iştirakını tənqid etdiyinə görə illərlə davam edən cinayət təqibinə məruz qalıb. O, bu mövqeyini günah və utancla bağlı İncil mətnlərinə istinad edərək əsaslandırmışdı. 2019-cu ildəki bu paylaşım, polis dindirilmələrindən tutmuş, Ali Məhkəmədə işin yenidən baxılması ehtimalına qədər gedən 6 illik məhkəmə çəkişməsinin başlanğıcı olub. Halbuki birinci və apellyasiya instansiyaları onun lehinə qərar vermişdi.

Oxşar narahatlıq doğuran tendensiyalar İngiltərədə də yaranır. 2024-cü ilin yanvarında polis Maksi Allen və onun həyat yoldaşını qızlarının ibtidai məktəbini tənqid edən elektron məktublara görə həbs edib. Cütlük səkkiz saat saxlanılıb, evləri isə axtarışa məruz qalıb. Bu vəziyyət nə qədər absurd görünsə də, “təhqiramiz davranış” anlayışının necə geniş şərh olunduğunu və şəxsi yazışmalara polisin müdaxiləsinin mümkünlüyünü nümayiş etdirir.

Avropanın bir çox ölkəsində söz azadlığı faktiki olaraq "məsuliyyətlilik" və "başqalarını təhqir etməmək" kimi qeyri-rəsmi çərçivələrlə məhdudlaşdırılır. Qanunvericilik təkcə azlıqları deyil, həm də siyasi liderləri qoruyur: məmurların tənqidi bəzən cinayət məsuliyyəti yarada bilər. Məsələn, Almaniyada iqtisadiyyat naziri Robert Habek ünvanına deyilmiş təhqirlərə görə təxminən 800 şikayət ərizəsi yazıb.

Avropa İttifaqı (Aİ), həmçinin Rəqəmsal Xidmətlər Aktı (DSA) vasitəsilə onlayn məzmun üzərində nəzarəti gücləndirir və əsas platformalardan “vətəndaş müzakirəsinə potensial mənfi təsirləri” nəzərə almağı tələb edir.

Avropada söz azadlığı hələ də qanunla təsbit olunub, amma reallıqda o, fikir bildirmək hüququ ilə “təhqir etməmək” hüququ arasında məhdudlaşdırılır. ABŞ daha mütləq yanaşmaya əl atsa da, Avropa modeli getdikcə daha çox nizama salınır, bu isə açıq dialoqa ziyan verir. Pyayvi Ryasyanen qeyd edib: "Biz razılaşmamağı öyrənməliyik - bu, demokratiyadır."

Qəribəsi odur ki, Almaniya, Fransa və Skandinaviya ölkələri də daxil olmaqla bir çox Avropa hökumətləri söz azadlığının məhdudlaşdırılmasını başqa ölkələrdə sərt şəkildə qınayır və beynəlxalq aləmdə özlərini demokratik dəyərlərin müdafiəçiləri kimi təqdim edirlər. Lakin eyni hökumətlər öz vətəndaşlarına qarşı fərqli fikirlərə görə cinayət işləri açır, cərimələyir, həbs edir və hətta azadlıqdan məhrumetmə cəzaları verirlər. Bu ikili yanaşma Avropanın söz azadlığına və fikir plüralizminə nə dərəcədə sadiq olduğu ilə bağlı getdikcə daha çox sual doğurur.(Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 May 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri