Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Bankların keşbek faizləri Yanvar 2026

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

“Azadlıq qəzeti” saxtakarlığa yol verərək erməni blogerin Azərbaycanla bağlı hazırladığı videonu “Türkiyə mediası yayıb” adı ilə təqdim etdi

“Azadlıq qəzeti” saxtakarlığa yol verərək erməni blogerin Azərbaycanla bağlı hazırladığı videonu “Türkiyə mediası yayıb” adı ilə təqdim etdi

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azadlıq qəzeti" facebook səhifəsində "Azərbaycan dəhşətləri Türkiyə mətbuatında səsləndirildi" başlıqlı bir video paylaşıb. Azərbaycanla bağlı hər şeyi neqativ görən Əli Kərimli və admini olduğu facebook səhifəsi həmişəki kimi anti-Azərbaycan fəaliyyətinin bir hissəsi olaraq bu videonu fürsət bilərək paylaşdı. Bununla da bir daha əsl niyyətini ortaya qoyub.

Azərbaycan haqqında qərəzli informasiyaların paylaşıldığı bu video haqqında "Faktyoxla" araşdırma aparıb.

Əvvəlcə, onu bildirək ki, "Azadlıq qəzeti" facebook səhifəsi "Azərbaycan dəhşətləri Türkiyə mətbuatında" təqdim etməklə saxtakarlığa yol verir. Onların "Türkiyə mətbuatı" dedikləri kanal izləyici sayı 1800 nəfər olan "Karanlık rota" adlı "youtube" kanalıdır.  

Araşdırmaq üçün kanalın bağlı olduğu nə "facebook", nə "X", nə də "LinkedİN" səhifələri tapmaq mümkün oldu. Yalnız kanalın informasiya bölməsinə baxanda bu kanalın 23 avqust 2025-ci il tarixində yaradıldığını görünür.

Kanala yerləşdirilən videoların təkli izlənməsi və araşdırılmasına başladıq və nəhayət, ipucu tapdıq. Belə ki, bu kanalda yayılan "Kubanın qaranlıq üzü: Daha əvvəl heç eşitmədiyiniz şok edən gerçəklər! Səyahət filmi" adlı videonun mövzu və kontent baxımından eynisinə əvvəllər Azərbaycanla bağlı qərəzli videolar çəkmiş erməni əsilli bloger Okan Süvarinin çəkdiyi "Kubanın qaranlıq arxa planı-həyatda qalmaq üçün ... edirlər" adlı videosunda rast gəldik. 

Kimdir bu Okan Suvari?

Sosial və ənənəvi mediadan müəyyən etdik ki, Okan Suvari, Türkiyə Cümhuriyyətinin Aydın şəhərində yerləşən, ölkənin məşhur kurort rayonlarından olan Kuşadasında anadan olub. Sosial media hesablarında apardığımız araşdırmalar zamanı dəqiqləşdirdik ki, Okan Suvari əslən Qarsın Arpaçay bölgəsinin Polatköy kəndindəndir. Faktyoxla-nın Türkiyə redaksiyası həmin ərazidə yaşayan, Arpaçayın kəndlərini yaxından tanıyan şəxslərlə əlaqə saxlayıb, onlardan tam səhih məlumatlar alıb. Məlum olub ki, bu ailə, Türkiyədə soyad qanunu çıxandan sonra "Suvari" soyadını qəbul edib. Ailə Arpaçay rayonunun Polatköy kəndinə isə 1925-1930-cu illərdə ermənilər tərəfindən başladılan "Ağrı üsyanından" sonra gəlib yerləşiblər.

Etibarlı mənbə, eyni zamanda, onu da qeyd edib ki, Ağrı üsyanının təşkilatçılarından olan Zilan bəy (əsl adı Ardeşir Muradyan-red.) Okan Suvarinin ulu babalarındandır. Bundan sonra Suvarilər əvvəl Qarsa, daha sonra isə İstanbula, Egey bölgəsinin müxtəlif şəhərlərinə (İzmir, Aydın  və b.) köçüblər. Araşdırmalarımız zamanı o da məlum oldu ki, Okan Suvarinin əksər qohumları Qars şəhərini ziyarət etdikləri zaman burada yerləşən Tigran Honents erməni məbədini ziyarət edir və həmin məbədin qarşısında çəkdirdikləri fotonu öz sosial media hesablarında paylaşır, profil və örtük-fotosu edirlər. faktyoxla.az 

Okan Suvari maskasını dəyişərək hazırladığı bu video başdan-ayağa saxta, əsassız və məntiqsiz söz və kadrlarla doludur. Erməni əsilli bu şəxs əvvəllər olduğu kimi Azərbaycan haqda video hazırlayaraq, həm kanalını reklam edir, həm də anti-Azərbaycan təbliğatı aparır. Aşağıdakı skrinə diqqət edək. Rusiya ilə bağlı video cəmi 907, İranla bağlı video cəmi 716 baxış aldığı halda Azərbaycan haqda videolar (qondarma örtük fotoları ayrı mübahisə mövzusudur-red) 57 min, 45 min baxış toplayır.

Qayıdaq "Karanlık Rota" kanalının Okan Suvariyə məxsus olmasını təsdiqləyən digər faktlara.

Araşdırmanı davam etdirdikdə "Karanlık Rota"-da Filippinlə bağlı hazırlanan "Filippində məzarlıqda yaşayan uşaqlar" videosundakı fikir və faktların Okan Süvarinin "youtube" kanalında eyni adlı videosunda təkrarlandığını gödük.

Şimali Koreya ilə bağlı videolarda isə əksini görürük: Okan Süvarinin "youtube" kanalında 3 il bundan öncə hazırlanan videosu 3 həftə öncə "Karanlık rota" kanalında yayımlanan videonun məzmun baxımından eynisidir. 

Eyni məzmun Serbiya, Yaponiya haqda hazırlanan videolarda da müşahidə edilir.  

"Karanlıkrota"-da 7.10.2025 tarixində Ermənistanla bağlı video paylaşılıb. Həmin videoda 02:26-dan etibarən Xocalı soyqırımından bəhs edilir. 

Amma, bu vəhşət dolu hadisə elə təqdim edilir ki, sanki Xocalıda qətlə yetirilənlər ermənilər olub. Mətn səslənərkən qətlə yetirilən azərbaycanlılardan bir kəlmə də olsun danışılmır. Əgər hadisədən məlumatsız izləyici Ermənistanla bağlı hazırlanan videonun bir bölümündə Xocalı soyqırımından danışıldığı halda qətlə yetirilənlərin kimliyi haqda heç bir informasiya almırsa, demək bu bütün mənəvi və peşəkar media dəyərlərini tapdamaq və vicdansızcasına edilmiş manipulyasiyadır.

Bundan başqa, 04:50-dən etibarən isə erməni xalqının qədimliyindən bəhs edilir. Bu da normaldır, çünki bu videoları süni intellekt vasitəsi ilə hazırlayan Okan Süvarinin erməni əslli olduğunu artıq qeyd etdik.

"Azadlıq qəzeti" facebook səhifəsinin mənbə göstərmədən paylaşdığı video tam saxta mətn və görüntü ilə hazırlanıb. O faktlardan bəzilərinə diqqət yetirək.

1. Süni İntelleklə hazırlanan videoda ənənəvi Sİ səhvlərinə yol verilib.

Misal üçün, "Granpri" sözü "1G PRİ" və "Formula 1 2000 25G Prizi" sözləri,

Anlaşılmaz "yüzde ile ifade edilen" cümləsi, 

"Bakıkart" terminalına pul yüklənməsini marketlərdə qiymət artımı kimi göstərilməsi,

Cahangir Hacıyevdən bəhs edilərkən "Jahangir Hagı EV" yazılması və C.Hacıyevin "1010-da həbs edilməsi" yazılması faktı qeyd etdiyimiz şəxsin redaktor və ya admin kimi savadsızlığının göstəricisidir.

2. Video başlayarkən Bakıda əxlaqsızlığın geniş yayıldığını göstərən bloqer manipulyasiyaya yol verir.

Onun təqdim etdiyi bu kadrlar Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin artıq keçmiş sənətçi xanımı Aysel Teymurzadənin ad günündə Filarmoniyanın həyətindəki restoranda qeydə alınıb. Bu hadisə media və ictimai rəydə ciddi narazılıq doğurmuşdu. Onu da xatırladaq ki, həmin dövdə icarəyə götürülmüş restoranın sahibi Türkiyəli iş adamı Harun Rəşid Can adlı biri olub.

3. Eyni maipulyativ məzmun davam etdirilərək səhnədə 5 xanımın rəqsi ilə görüntüyə gətirilir və saxtakarlığa yol verilir:

Bu kadrlar "Avroviziya 2021" yarışmasında təmsilçi olan Efendinin adi səhnə perfomansıdır.

4. "Formula 1" ilə bağlı görüntülərdə açıq saxtakarlığa yol verilir.

Bu kadrlar 2022-ci ildə Monte Carlo Granprisində,

bu kadrlar isə Şanxayda adi maşın yarışmasında çəkilib:

5. Okan Suvari tək saxtakarlıq etməklə deyil, həm də kibercinayət məhsulunu, saxta saytı reklam etdiyi üçün də cəzalana bilər. Diqqət edək, hazırlanan videoda kadrlardan birində bu reklama rast gəlinir.

Kadrda görünən sayta daxil olduqda

bu elan çıxır:

6. Bu videoda məqsədlərdən biri Azərbayana qara yaxmaq, haqqında saxta məlumatlar yaymaqla ləkələməkdirsə, digəri Azərbaycana turist axınının qarşısını almaq üçün edilən mənasız cəhdlərdir. Okan Suvari bunu fərqli metodlarla edir. Əgər videonun əvvəlində "Formula 1" zamanı restoran və otellərdə turistlərdən dəyərindən çox pul alındığını deyirsə, növbəti hissələrdə bir bölümü vahiməli, paranormal hadisələrə həsr etməklə bu məqsədinin reallaşmasına çalışır.

Həmin hissələrdə göstərilən fraqmentlərə diqqət edək.

Divara dırmaşan qadın videosunu Azərbaycanda baş veribmiş kimi göstərən kanal heç şübhəsiz ki, bu kadrların vizual redaktə edildiyini və diqqət cəlb etmək üçün müxtəlif ölkələrində baş verməsi haqda saxta iddiaların olmasını yaxşı bilirlər. 

Sadəcə onlara Azərbaycan əleyhinə fakt "uydurmaq" lazımdır:

Anoloji halı bu kadrların təqdim edilməsi ilə də müşahidə edirik:

Azərbaycanda ümumiyyətlə "Alians" adlı ticarət mərkəzi və ya su satışı köşkünün aşağısında "Alians" yazılan market, supermarket, biznes mərkəzi yoxdur. Məlumat saxtadır.

Dövr edən qoyunların da Azərbaycanda baş verdiyini iddia etmək saxtakarlığın son həddidir.

Yerində donmuş qoyunlar və yolu keçən qızın gözəgörünməz bir məxluq tərəfindən qəzadan xilas edilməsi kadrlarını faktyoxla saytları saxta olduğunu, vizual redaktə, montaj proqramları ilə hazırlandığını sübut ediblər və ən əsası bunların Azərbaycana heç bir aidiyyatı yoxdur.

Nəticə:

-Bu video, Azərbaycana qarşı hazırlanan növbəti qaralama kampaniyasının tərkib hissəsidir;

-"Azadlıq qəzeti" facebook səhifəsində paylaşılan videonun mənbəyi göstərilməyib;

- Bu "youtube" kanalı daha əvvəl Azərbaycan əleyhinə videolar hazırlamış erməni əsilli yutuber Okan Süvariyə aiddir;
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see405

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see159

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see156

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see148

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see145

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see142

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see141

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see135

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see135

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri