Qəhvə çöküntülərini yanacağa çevirməyin yolunu tapdılar
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər gün milyonlarla insanın istehlak etdiyi qəhvənin hazırlanmasından sonra geriyə qalan çöküntülər adətən zibilə atılır. Lakin alimlər bu tullantıların yenidən istifadəsi üçün maraqlı üsul üzərində işləyirlər. Məlum olub ki, istifadə edilmiş qəhvə çöküntülərindən yanacaq istehsalında yararlanmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, ispaniyanın Rovira Virgili Universitetinin tədqiqatçıları qəhvə çöküntüsündəki yağı daha əlverişli şəraitdə əldə etməyin üsulunu araşdırıblar. Alınan yağ biodizel istehsalı üçün xammal kimi istifadə oluna bilər.
Araşdırmaya görə, istifadə edilmiş qəhvə çöküntüsünün təxminən 15 faizi yağdan ibarətdir. Bu yağın tərkibində əsasən linoleik və palmitik turşular mövcuddur ki, bu da onu biodizel istehsalı üçün yararlı xammala çevirir.
Tədqiqatçılar yağın əldə edilməsi üçün müxtəlif temperatur və müddətləri sınaqdan keçiriblər. Ən yaxşı nəticə 45 dərəcə temperaturda 60 dəqiqə davam edən proses zamanı əldə olunub.
Araşdırmada istifadə edilən üsul laboratoriyalarda tətbiq olunan ənənəvi Soxhlet metodu ilə müqayisədə daha az vaxt və enerji sərf etməklə nəticə verib. Yeni üsulla qəhvə çöküntüsündəki yağın təxminən 90 faizini əldə etmək mümkün olub.
Araşdırmanın diqqətçəkən tərəfi yalnız yağın yanacağa çevrilməsi deyil. Yağı çıxarıldıqdan sonra qalan qəhvə çöküntüsü də tullantı kimi kənara atılmayacaq.
Tədqiqatçılar onun tərkibindəki sellüloza, hemisellüloza və liqnin kimi maddələrin qorunmasına çalışıblar. Bu komponentlərdən bioetanol, süd turşusu və dayanıqlı aviasiya yanacağının istehsalında istifadə edilə biləcək xammallar əldə etmək mümkündür.
Tədqiqatçılardan Daniel Montané bildirib ki, məqsəd adətən tullantı hesab edilən materialları müxtəlif enerji mənbələrinə və biokimyəvi məhsullara çevirməkdir.
Araşdırmanın ağır nəqliyyat və elektrik enerjisinə keçidin çətin olduğu digər sahələrdə bərpaolunan yanacaq istehsalına töhfə verə biləcəyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 22 Noyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















