AZAL təyyarəsinin qəzasi ilə bağlı hesabat gələn il açıqlanacaq
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2024-cü ilin dekabrında Aktau yaxınlığında AZAL-a məxsus Embraer-190 sərnişin təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlana bilər.
Modern.az xəbər verir ki, bu barədə RİA “Novosti” Qazaxıstan Baş nazirinin müavini və hadisəsnin araşdırılması üzrə Dövlət Komissiyasının rəhbəri Kanat Bozumbayeva istinadən məlumat yayıb.
“Bu cür araşdırmaların normativ müddəti təxminən bir ildir, bəzən bir az da uzun çəkə bilər. Hazırda müvafiq işlər davam etdirilir”, – Bozumbayev bildirib.
O, yekun hesabatın dərcində gecikmə ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, avqust ayının əvvəlində Bozumbayev qəzanın yekun hesabatının bir neçə ay ərzində təqdim olunmasının planlaşdırıldığını deyib. Həmin vaxt o qeyd edib ki, təyyarənin avionika modulu ekspertiza üçün ABŞ-a göndərilib.
Xatırladaq ki, AZAL-a məxsus Embraer 190 təyyarəsi Bakı–Qroznı reysi ilə hərəkətdə olarkən, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan yalnız 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















