Icma.az
close
up
RU
AZALın təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri qara qutular açılandan sonra bəlli olacaq DEPUTAT

AZALın təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri qara qutular açılandan sonra bəlli olacaq DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

"AZAL-ın təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri "qara qutu"lar açılandan sonra bəlli olacaq" - DEPUTAT

"2024-ci ilin son günlərində AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190 AR" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri hər birimizi üzdü. Təyyarədə olan 67 nəfərdən 29-u ekipajın çevik hərəkətləri və qəhrəmanlığı sayəsində sağ qalıb. Qəzanın səbəbləri hər birimizə məlumdur. Qəza baş verdiyi andan ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya və nəticə "qara qutu"lar açılandan sonra bəlli olacaq".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə insanları xilas etmək üçün əlindən gələni edən pilotların əsl qəhrəmanlıq və peşəkar hərəkətləri əks olunub:

"Qəzanın baş vermə səbəbi barədə ətraflı məlumatları isə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdi. Təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlərdən danışan dövlətimizin başçısı deyib ki, faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir: "Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik".

Deputat söyləyib ki, qəzanın təfərrüatları tam araşdırılır:

Hələ ilk gündən Azərbaycan ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Azərbaycan maksimum ədalətli olmağa çalışır. Ona görə də "qara qutu"lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Azərbaycan tərəfi bu sualların cavabını tapmaq üçün maksimum ədalətli olmağa çalışır. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ və istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır".

Deputat vurğulayıb ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başladılar:

"Əslində onlar da öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Buna baxmayaraq, Qazaxıstan xilasediciləri da əsl qəhrəmanlıq göstərdilər. Eləcə də həkim personal. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısı Tokayevə təşəkkür etdi".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 06 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see172

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see164

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see148

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see135

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see133

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see132

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see132

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see130

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see128

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see127

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see126

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see126

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri