Icma.az
close
up
RU
Azərbaycan 2024cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir WEF reytinqi FOTO

Azərbaycan 2024cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir WEF reytinqi FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum - WEF) hazırladığı 2024-cü ilin energetik keçid İndeksinə (Energy Transition Index, ETI) görə, Müstəqil Dövlətlər Birliyindən (MDB) olan bütün dövlətləri üstələyib.

Milli.Az xəbər verir ki, Azərbaycan 120 ölkə arasında ümumilikdə 60.3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla da bütün MDB ölkələrini və qonşu dövlətləri geridə qoyub. Qonşuları arasında Azərbaycan Ermənistandan (79-cu yer, 52.7 bal), Gürcüstandan (56-cı yer, 56.3 bal), Türkiyədən (59-cu yer, 55.8 bal) və İrandan (102-ci yer, 49.0 bal) üstün olub.

Azərbaycan eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer, 50.1 bal), Qırğızıstan (80-ci yer, 52.7 bal) və Tacikistan (71-ci yer, 53.6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib.

Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxil edilməyib.

WEF göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56.5 bal olub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədər aşağıdır.

Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə 78.4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edir. İkinci yerdə 75.2 balla Danimarka qərarlaşıb. Üçüncü yerdə isə 74.6 balla Finlandiya mövqe tutub.

Onu da qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksi ölkələrin tərəqqisini müqayisə etməyə və izləməyə imkan verən vahid metodologiya əsasında onların enerji sistemlərinin kompleks şəkildə qiymətləndirilməsini təmin edir.

ETİ ölkələri başlıca olaraq iki əsas meyar əsasında qiymətləndirir: Sistemin effektivliyi və keçidə hazırlıq səviyyəsi.

Sistemin effektivliyi meyarına enerji əlçatanlığı, təhlükəsizlik və dayanıqlılıq kimi aspektlər daxildir. Keçidə hazırlıq meyarı isə bir sıra faktorları, o cümlədən nizamlanma, siyasi bağlılıq, maliyyələşmə, investisiyalar, innovasiyalar, infrastruktur və təhsil kimi faktorları təhlil edir. Ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında (müvafiq olaraq 60 və 40 faiz çəki ilə) müəyyənləşir.

WEF məlumatlarına görə, ölkələrin böyük əksəriyyəti enerji keçidində irəliləyiş nümayiş etdirir. Şimali Avropa dövlətləri reytinqə başçılıq edirlər, Çin, Braziliya kimi ölkələr isə əvvəlki illərlə müqayisədə öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri