Azərbaycan aviasiya risklərinin idarə edilməsi üzrə beynəlxalq seminarda təmsil olunur
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 27 may, AZƏRTAC
Almatıda Qazaxıstan Mülki Aviasiya Akademiyası nəzdində ICAO-nun Aviasiya Təhlükəsizliyi üzrə Təlim Mərkəzində mülki aviasiyada risklərin idarə edilməsi üzrə dördgünlük seminar keçirilir.
AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Qırğızıstan, Türkmənistan, Moldova və Qazaxıstanın aviasiya təhlükəsizliyi üzrə mütəxəssisləri iştirak edirlər.
Proqram çərçivəsində iştirakçılar risklərin təhlili metodlarını, o cümlədən təhdidlərin, zəifliklərin və mümkün nəticələrin müəyyən edilməsi və qiymətləndirilməsi, risklərin idarə edilməsi alətlərinin mənimsənilməsi və effektiv təhlükəsizlik tədbirlərinin işlənib hazırlanmasını öyrənirlər.
Mütəxəssislər yüksəkixtisaslı ekspertlərin rəhbərliyi altında beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə müasir biliklərə yiyələnir, həmçinin aviasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlarını artırırlar.
Seminar ixtisaslı kadrların hazırlanması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkələr arasında təcrübə mübadiləsinin aparılmasında mühüm addımdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















