Icma.az
close
up
RU
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün

Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son 15 gündə Prezident İlham Əliyevin iştirakçısı və bir çox hallarda yönvericisi olduğu 4 Zirvə Görüşü ilə bağlı ilkin dəyərləndirmələr olsa da, bu qısa zaman kəsiyi özündə ehtiva etdiyi dipolmatik nüfuz, ölkəyə göstərilən etimad və şəxsiyyətin rolu baxımından hələ çox araşdırılacaq. Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası, Danimarkada Avropa Siyasi Birliyinin Sammiti, Qəbələdə TDT Zirvəsi, Misirdə Yaxın Şərq Sülh Sammiti.
Bu görüşlərin hər biri müzakirə olunan mövzuların əhəmiyyəti, iştirakçıların siyasi çəkisi və nüfuzu, qəbul edilən qərarların sanbalına görə beynəlxalq siyasətin qızıl səhifələrinə düşməyə layiqdir. Bunların arasında oktyabrın 13-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirədə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakına ayrıca diqqət ayırmaq lazımdır. Bu görüşdə Donald Trampın İlham Əliyevin şəxsinə göstərdiyi diqqət və iltifat Azərbaycanın artıq qlobal çəkili aktora çevrildiyinin göstəricisidir. Qahirənin ən möhtəşəm sarayında dünyanın seyr etdiyi mənzərə Azərbaycan Prezidentinə olan dərin hörmətdən, onun sülh carçısı missiyasına güvəncdən, ölkəmizin qlobal proseslərdə getdikcə artan rolundan və onun yüksək imicindən xəbər verirdi. Bu imic İlham Əliyevin uzun illər ardıcıl şəkildə formalaşdırdığı müstəqil qərarvermə mədəniyyətinə, sabit xarici siyasətinə, zərgər dəqiqliyi ilə nəticəyə hesablanmış diplomatik davranışına söykənir.
Etiraf etmək lazımdır ki, qlobal qeyri-müəyyənliklər, siyasi qütbləşmə və regional qarşıdurmalar fonunda çox az dövlətlər var ki, eyni anda fərqli güc mərkəzləri tərəfindən qəbul edilir, vasitəçi kimi etibar qazanır. Azərbaycan bu baxımdan istisna nümunədir. Məhz bu müsbət imici ölkəmizə, eyni zamanda, Vaşinqton, Moskva, Ər-Riyad, Qahirə və Pekin kimi paytaxtlarla bərabər səviyyədə dialoq qurmaq fürsəti verir.
Azərbaycana göstərilən etimadın əsas dayağı sülh diplomatiyasının praktik nəticələridir. 2020-ci ilin payızında torpaqlarını işğaldan azad edən Azərbaycan regionda yeni siyasi reallıq yaratmaqla yanaşı, bu reallığı sülh dili ilə davam etdirir. Prezident İlham Əliyevin postmünaqişə dövründə apardığı siyasət praqmatik addımlar üzərində quruldu: bərpa, inteqrasiya, qarşılıqlı asılılıq. Belə bir yanaşma beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və qəbul edildi. ABŞ Prezidenti Donald Trampın Qahirə Sammitində söylədiyi “Mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Onlar 31 il vuruşdular, indi dostdurlar”,- sözləri, əslində, İlham Əliyevin yaratdığı yeni reallığın etirafı sayıla bilər. Bəli, Azərbaycan bu gün sülhün və sabitliyin daşıyıcısı kimi qəbul olunur. Həm Yaxın Şərqdə, həm Qlobal Cənubda, eləcə də Afrikada onun etibarlı vasitəçi obrazı gücə əsaslanmayan, amma gücləri bir masaya gətirə bilən diplomatiyanın məhsuludur. Bakı bu gün silah dilindən yox, etimad dilindən istifadə edir. Məhz bu amilə görə ərəb ölkələri, Avropa İttifaqı, Çin, ABŞ üçün Azərbaycan qlobal sabitlik lövhəsində balans elementinə çevrilib.
***
İlham Əliyevin diplomatiyasında diqqəti cəlb edən maraqlı detal son illər çoxlaylı koordinasiya sistemi üzərində işləməsidir. Dövlətimizin başçısı bir tərəfdən Rusiya ilə regiondakı tarixi və strateji balansı qoruyur, digər tərəfdən Qərblə enerji və iqtisadi inteqrasiyanı genişləndirir, eyni zamanda İslam dünyası ilə siyasi həmrəyliyi və mənəvi yaxınlığı saxlayır. Bunların üzərinə Yaxın Şərq xəttini gəlsək, bu dörd istiqamətin paralel şəkildə işləməsi Azərbaycanın dünyanın kəsişmə nöqtəsinə çevirdiyini söyləyə bilərik. Burada nə ziddiyyət, nə də qarşıdurma var, əksinə, maraqların uzlaşdırıldığı unikal diplomatik coğrafiya var.
Bu baxımdan Makronla görüş xüsusi simvolizmə malikdir. Parisin son illər Cənubi Qafqaz siyasətində birtərəfli yanaşması fonunda İlham Əliyevin Fransa lideri ilə üz-üzə dialoqa getməsi, əslində, Bakının rasional maraqlarla hərəkət etdiyini göstərdi. Azərbaycan Fransa ilə münasibətləri bərabərhüquqlu və məsuliyyətli tərəfdaşlıq səviyyəsində saxlamağa çalışır. Bu, İlham Əliyevin diplomatik üslubunda incə ştrixlərlə ifadə olunur: tənqidə cavab diplomatiya ilə verilir, təkzib diplomatik nəticə ilə. Emmanuel Makronla təmas, əslində, Avropaya ötürülən siqnal idi: Bakı münasibətlərin bərabər tərəfdaşlıq əsasında yenidən qurulmasını istəyir.
Aİ liderləri ilə görüşlər isə daha geniş çərçivədə Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki əvəzolunmaz rolunu təsdiqləyib. Brüssel etiraf edir ki, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyində Bakı artıq strateji təminatçıdır. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars xətti, “yaşıl enerji dəhlizi” kimi layihələr Azərbaycanı Avropanın enerji arxitekturasının mərkəzinə gətirib.
Azərbaycanın Yaxın Şərqdə artan rolu isə təkcə diplomatik fəallıqla deyil, həm də etimad iqtisadiyyatı üzərində qurulub. Regionda bir çox güc mərkəzləri bir-birinə qarşı şübhə ilə yanaşdığı halda, Azərbaycan Şərq, həm də Qərb tərəfindən eyni səviyyədə qəbul olunur. Bu etimadın sirri Azərbaycanın ideoloji neytrallığında və diplomatik sabitliyində gizlənir. Rəsmi Bakı öz mövqeyini heç vaxt “blok diplomatiyası” üzərində qurmayıb. Bakı heç vaxt “İslam kartı”ndan istifadə etməyib, amma İslam dünyasında hörmət qazanıb. “Qərb kartı” ilə oynamayıb, amma Qərblə strateji tərəfdaşlığa nail olub. Bəli, Azərbaycan regionda nadir fenomen yaradır: o, fərqli dini, siyasi və iqtisadi kimliklər arasında təmas nöqtəsi rolunu oynayır. Burada əsas prinsip aydındır – Bakı öz davranış ardıcıllığını ixrac edir və bu ardıcıllıq sabitlik üzərində qurulub.
Qlobal təhdidlərlə üzləşən müasir dünyamızda etimad qıtlığı dərinləşdiyi bir vaxtda Azərbaycan etimad ixrac edən nadir ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin diplomatik fəlsəfəsi bu etimadı həm Qərb, həm də Şərq meridianında eyni anda möhkəmləndirə bilib. Məhz bu, XXI əsrin çoxqütblü dünyasında balans üzərində qurulmuş müstəqil liderlik modelidir.
Bunu tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan dünyanın dəyişən güc arxitekturasında “mərkəz oyunçu” rolunda çıxış edir. Bakı cəmi 15 gün ərzində sərgilədiyi mövqeyi ilə çağdaş siyasətin sərt məntiqi, diplomatiyanın praqmatik və soyuq hesabı, eləcə də etimadın humanitar dəyəri ilə bütün qlobal oyunçuları eyni məxrəcə gətirməyi bacardı. Bu gün beynəlxalq münasibətlərdə axtarılan ən optimal model məhz budur – müharibə olmadan güc, tərəfkeşlik etmədən təsir, qarşıdurma yaratmadan balans yaratmaq.
Dünyaya belə bir modeli XXI əsrdə özünün Qızıl Dövrünü yaşayan Azərbaycan diplomatiyası tədqim edir.
İmran BƏDİRXANLI
“Xalq qəzeti”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri