Icma.az
close
up
RU
Azərbaycan Ermənistana neft qatarı ilə girdi YUNUS OĞUZ

Azərbaycan Ermənistana neft qatarı ilə girdi YUNUS OĞUZ

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistanda fəallaşan revanşistlər həmişə deyirdilər ki,  Azərbaycan Ermənistan ərazisinə tankla girəcək.  Amma  Azərbaycan sübut etdi ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və  sülh  tərəfdarıdır".

Bunu "Olaylar"a yazıçı-publisist Yunus Oğuz deyib: "Azərbaycan Ermənistana tankla yox, neft qatarı  ilə girib. Bu o deməkdir ki, Azərbaycan müharibəni yox, sülhü dəstəkləyir.  Ermənistandakı  revanşist  qüvvələrin  və  iki  ölkə  arasında  münasibətlərin  normallaşmasını istəməyənlərin  iddialarının  əksinə  olaraq   son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və   regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Ölkəmizin bu humanist  addımından sonra sülh sazişinin bağlanması əsas məsələ olaraq gündəmə gəlir. Çünki, sülh sazişini rəsmiləşdirmədən ikitərəfli əməkdaşlığın ömrü çox da uzun çəkməz. Belə bir sazişin olmaması iki dövlət arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələrin olmaması deməkdir. Düşünürəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalanmalıdır ki, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə münasibətlər normallaşsın".

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb . Xatırladaq ki,  Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

18 dekabr tarixində  isə  Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Onu da qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan  Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan  Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb. 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri