Icma.az
close
up
RU
Azərbaycan FHN in əməkdaşı BMMT nin Baş katibi seçilib VİDEO

Azərbaycan FHN in əməkdaşı BMMT nin Baş katibi seçilib VİDEO

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Bu barədə APA-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə, BMMT-nin himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oxuyub.

Müraciətdə insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq ifadə olunub. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Müraciətdə Bakıda keçirilən sessiyanın təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf etdiyi, bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu qeyd edilib.

Dövlət başçısının müraciətində Azərbaycanın mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyi, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmizin insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak etdiyi vurğulanıb. Bu kontekstdə, Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumunun bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan BMMT-nin beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsinin strateji əhəmiyyət daşıdığı, müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü BMMT-nin olmasının vacibliyi vurğulanıb, sessiyanın uğurla keçəcəyinə əminlik ifadə olunub.

Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayez və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın qarşısında duran məsələlərdən bəhs ediblər.

Daha sonra Təşkilatın Etimad Komitəsinin hesabatı dinlənilib, sessiyanın gündəliyi təsdiq olunub. BMMT-nin Baş katibi vəzifəsinə namizədlərin təqdimatından sonra səsvermə keçirilib.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib. Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparırdı.

Səsvermənin hesabatı dinlənildikdən sonra BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tədbirdə yekun nitq söyləyib.

Nazir BMMT-nin Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının bütün iştirakçılarına məhsuldar və konstruktiv fəaliyyətlərinə görə səmimi təşəkkürünü bildirib. K.Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə göstərdiyi hərtərəfli dəstəyə, strateji baxışına və davamlı diqqətinə görə dərin minnətdarlığını çatdırıb.

Nazir BMMT-nin Bakıda keçirilən sessiyalarının fövqəladə hallarla mübarizə məsələlərində real və müsbət nəticələrin yalnız birgə və əlaqəli fəaliyyət sayəsində əldə edilməsinin mümkünlüyünü bir daha göstərdiyini vurğulayıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın fəal və məsuliyyətli iştirakçısı kimi ölkəmizin bundan sonra da BMMT-nin fəaliyyətini dəstəkləməkdə və onun inkişafına əməli töhfə verməkdə davam edəcəyini bildirib.

BMMT-nin himninin səsləndirilməsi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasının işinə yekun vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri