Icma.az
close
up
RU
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR “AÇIĞI” ÜZƏ ÇIXDI Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik Türkiyədə ələ keçdi / Foto

AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR “AÇIĞI” ÜZƏ ÇIXDI Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik Türkiyədə ələ keçdi / Foto

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda heroin Dilucu Gömrük Məntəqəsində ələ keçib. Hurriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dəyəri 10 milyon TL (təqribən 410 min AZN) olan narkotik İğdır Dilucu Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aşkar olunub.

Məlumata əsasən, narkotiklər Azərbaycan Respublikasına məxsus 23-BM-910 / 75-ZA-119 dövlət nömrə nişanlı qoşqulu yük maşınının ehtiyat təkərində gizlədilibmiş. Rəsmi açıqlamaya əsasən, gömrükçülər tərəfindən yük avtomobilində aparılan risk analizi zamanı şübhəli maddə olduğu bilinib. Gömrük Mühafizə qrupları maşını rentgen müayinəsindən keçirildikdə içərisində şübhəli konsentrasiyalar aşkar edilib.

Daha sonra həmin əraziyə gətirilən “Narkotik detektoru” olan it də yük maşınına reaksiya verib və nəticədə ətraflı axtarış aparılıb. Bundan sonra yük maşınının ehtiyat təkərinin içərisində alüminium folqaya bükülmüş 5 ayrı çanta tapılıb. Çantalarda ümumi çəkisi 4,980 qram (təxminən 5 kiloqram) heroin olduğu müəyyən edilib.

Müsadirə edilən narkotiklərin hazırkı bazar dəyərinin təxminən 10 milyon 650 min türk lirəsi (təqribən 410 min AZN) olduğu təxmin edilir. Narkotikin İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyəyə keçirilməsinə cəhd olunduğu bildirilir.

Məlum hadisədən sonra yük maşınının sürücüsü, xarici ölkə vətəndaşı (Azərbaycan vətəndaşları olduqları güman edilir – red.) A.M. və avtomobilin sahibi Z.İ. narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Onlar məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Bu uğurlu əməliyyat Dilucu Gömrük Mühafizə qruplarının ölkəyə narkotik vasitələrin keçirilməsi cəhdlərinə qarşı yüksək həssaslığını bir daha nümayiş etdirdi”, - deyə rəsmi açıqlamada vurğulanır.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri