Icma.az
close
up
RU
Azərbaycan gömrüyündə BÖYÜK RƏZALƏT Dövlət Gömrük Komitəsi sahibkarı necə müflis etdi...

Azərbaycan gömrüyündə BÖYÜK RƏZALƏT Dövlət Gömrük Komitəsi sahibkarı necə müflis etdi...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəlbəcər rayon sakinləri, hazırda Gəncə şəhərində yaşayan Məhərrəmov Azər Sadıq oğlu və Məhərrəmov İlqar Sadıq oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Biz, Məhərrəmov Azər Sadıq oğlu və Məhərrəmov İlqar Sadıq  oğlu, Misir Ərəb Respublikasından Azərbaycana 1400 ton kartof idxal etmişdik. Kartof gəmi ilə Poti limanına, oradan 58 TIR vasitəsilə Gəncə Gömrük İdarəsinə gətirildi.

Gömrükdə rəsmləşdirmə üçün müvafiq sənədləri təqdim etdik. Biz rüsumu 61 sentlə rəsmləşdirmək istədik, amma Dövlət Gömrük Komitəsində dedilər ki, 76 sentlə hesablanacaq. Bu, qəbuledilməz bir məbləğ idi. Çünki hər yük maşını üçün 11 min 240 manat ödəniş etməliydik ki, bu da bəri başdan zərərə düşməyimiz demək idi.

Odur ki, qeyd olunan rüsumu ödəməyə etiraz etdik. Buna baxmayaraq, dedilər ki, komitə deyilən qiymətdən aşağı məbləğlə razılaşmır. Sonda məcbur qalıb, 25 TIR kartofu DGK-nın dediyi şərtlərlə rəsmləşdirdik. Beləliklə, hər maşında təxminən 4 min manat ziyana düşdük. Nəticədə, sürücülərin və gömrüyün pulunu ödəyə bilmədik.

Sonra qalan 33 TIR yüklə əlaqədar dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət etdik. Dedik, kartofun tərkibində qızıl yoxdur ki, bu qədər baha qiymətə hesablansın, gəlin razılaşın, malımız xarab olmasın. Lakin yenə də laqeyd yanaşıldı, heç bir razılığa gəlinmədi. Beləliklə, mal uzun müddət gömrükdə qaldı və təxminən 750 ton kartof xarab oldu.

Nəhayət, təxminən 20 gün sonra dedilər ki, gəlin, 56 sentlə rəsmləşdirin. Sual verdim ki, əgər bu mümkün idisə, niyə əvvəldən belə etmədiniz? Təbii ki, veriləcək cavab bəlli idi...

Npvbəti dəfə 2 maşını 56 sentlə rəsmləşdirdim. Kartoflar xarab olmuşdu, iy-qoxu aləmi bürümüşdü. Bu iy az qala Gəncə şəhərini bürüyürdü. Hətta bu, sosial şəbəkələrdə də müzakirə olundu.

Beləliklə, 750 ton kartof məhv oldu. Halbuki, öncədən onu da təklif etmişdim ki, bu qədər kartofu məhv olmağa qoymayaq. Uşaq evinə, hərbi hissələrə, qocalar evinə və yaxud da türmələrə verək, heç olmasa kiməsə faydası olsun. Ona da razı olmadılar. Nəticədə, yüz tonlarla kartof torpağa basdırıldı. Görünür, Dövlət Gömrük Komitəsinin məqsədi 750 ton kartofu məhv etmək idi. Elə də oldu, məhsulum gömrük məmurlarının səhlənkarlığı nəticəsində xarab oldu.

Zamanında 56 sentlə razılaşsaydılar, mən də zərərə düşməzdim, büdcəyə də külli miqdarda vəsait daxil olardı. Hansı ki, təkcə 27 maşın yükün qarşılığında dövlət büdcəsinə 300 min manat pul ödəmişəm. Qalan, xarab olan, basdırılan məhsula görə də büdcəyə 200-250 min ödəniş edərdim. Bununla həm mənim malım batmazdı, həm büdcəmizə pul daxil olardı, həm də xalqımız bu məhsulu alıb faydalanardı.

Məsələ ilə bağlı bir çox qurumlara müraciət etmişəm. Lakin heç bir köməklik olunmayıb. Sanki məni ziyana salan Dövlət Gömrük Komitəsi olmayıb!

Hazırda vergiyə, Qida Agentliyinə və sürücülərə külli miqdarda borcum var. Adını çəkdiyim qurumlar ancaq cərimə yazmaq üçün yaxşı işləyirlər. İmkan vermirlər ki, doğru-düzgün yolla vergini ödəyib, qazanc əldə edək.

Cənab Prezident!

Dövlət Gömrük Komitəsi sahibkarları məhv edir. Dövlət büdcəsinə təxminən 2 milyon manat rüsum ödəmişəm, amma indi sahibkarlıq fəaliyyətim məhv olub. Sizdən kömək istəyirəm və xahiş edirəm ki, Dövlət Gömrük Komitəsi və Qida Agentliyinin fəaliyyəti yoxlanılsın. Biz sahibkarları işimizdən soyudurlar. Onların təklif etdiyi qiymət heç bir sahibkara gəlir qazandırmır, əksinə bizləri müflis edir.

Sizdən onu da xahiş edirəm ki, məsələ ilə bağlı göstəriş verəsiniz, gətirdiyim məhsul Dövlət Gömrük Komitəsinin səhvi ucbatından xarab olduğu üçün, mənə dəyən zərər ödənilsin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumları mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri