Azərbaycan idmançıları Türkiyədə iki qızıl medal QAZANDILAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbi kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 2 qızıl medal qazanıblar.
"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşl baş məşqçisi adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

