Icma.az
close
up
RU
Azərbaycan İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib FOTO

Azərbaycan İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan və İran nümayəndə heyətləri Zəngilanda və Naxçıvanda yol və elektroenergetika sahəsində birgə layihələrə baxış keçiriblər.

Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçiriblər.

Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu barədə, eyni zamanda tikilməsi nəzərdən keçirilən yeni dəmiryolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.

Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu:

Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək;

Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq;

Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək;

Fars körfəzi ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.

Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcəkdir.

Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaq.

Nümayəndə heyəti həmçinin Azərbaycan ərazisində tikintisi sürətlə davam edən, strateji əhəmiyyətə malik Horadiz–Ağbənd dəmir yolu xətti ilə də əyani tanış olublar. Bu dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaq.

Həmsədrlər daha sonra İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad - Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə ərazi imkanlarını nəzərdən keçiriblər. Körpünün koordinatlarının müəyyənləşdirilməsi və texniki parametrləri ilə bağlı təkliflər dinlənilib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Nümayəndə heyətləri həmçinin Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılmış işlərlə də tanış olmuşlar. Bildirilmişdir ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES -in ümumi tikinti işlərinin 60 faizi yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır. Həmsdərlər həmçinin Culfa sərhəd-keçid məntəqəsinə də baş çəkmiş və məntəqənin mövcud şəraiti ilə tanış olmuşlar.

Həmsədrlər, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və Prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd etmişlər.

Baş nazirin müavini 30 illik işğal müddətində ermənilər tərəfindən dağıdılmış və talan edilmiş ərazilər barədə İranlı naziri və nümayəndə heyətini məlumatlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Aprel 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see143

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see126

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see123

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see115

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see115

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see109

Ağdaşdakı dəhşətli hadisənin şahidləri danışdılar

14 İyul 2025 00:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri