Icma.az
close
up
RU
Azərbaycan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və TÜRK AY ın birinci konqresi keçirilib

Azərbaycan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans və TÜRK AY ın birinci konqresi keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Azərbaycan Respublikası Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi keçirilib.

Konstitusiya Məhkəməsindən AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakıda Zəfər parkı ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Konfransın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və tədbir üçün hazırlanmış videoçarx nümayiş olunub.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus, Gürcüstan, Moldova, Serbiya, İraqın konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etmək üçün Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə dəvət olunublar.

Həmçinin konfransda Milli Məclisin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının rəhbər şəxsləri və nümayəndələri, insan hüquqları üzrə müvəkkil (ombudsman), habelə bir sıra məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açaraq Konstitusiyamızın 30 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, burada səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

F.Abdullayev xüsusi vurğulayıb ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunub, bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulub. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olmaqla, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslı zəmin yaradıb.

Diqqətə çatdırılıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və dərin düşünülmüş siyasəti, sərkərdəlik məharəti, əsgər və zabitlərimizin qəhrəmanlığı 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatında tarixi zəfərləri təmin edib. Qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərqərar olub.

Sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuror Kamran Əliyev, Ədliyyə naziri Fərid Əhmədov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqləri ilə çıxış ediblər.

Konfransın praktiki hissəsində Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya, Belarus Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov, Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbek Abdusalomov, Moldova Konstitusiya Məhkəməsinin sədri Domnika Manole, İraq Federal Ali Məhkəməsinin sədri Munter İbrahim Hüseyn, Tacikistan Konstitusiya Məhkəməsinin sədri Abdulhafiz Aşurzoda, Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri Bertan Özerdağ, Qırğız Respublikası Konstitusiya Məhkəməsinin hakimi Çinarə Aydarbekova, Qazaxıstan Konstitusiya Məhkəməsinin hakimi Erkin Onqarbayev çıxış edərək, öz ölkələrində konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsi sahəsində mövcud təcrübələrini bölüşüblər.

Məruzələrdən sonra mövzular ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran Fərhad Abdullayev konfransın gedişatında müxtəlif aktual mövzulara toxunulduğunu və səmərəli fikir mübadiləsi aparıldığını bildirib. Qeyd edilib ki, müxtəlif hüquq sistemlərinə malik ölkələrin təcrübələrinin bölüşüldüyü konfransda maraqlı müzakirələr aparılıb, Konstitusiya məhkəmələrinin qərarlarında formalaşdırılan hüquqi mövqelər, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar ilə bağlı maraqlı fikirlər ifadə edilib.

Konfransdan sonra Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi işə başlayıb. Konstitusiya Məhkəməsinin sədrliyi ilə keçirilən konqresdə Təşkilatın tamhüquqlu üzvləri olan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Konstitusiya məhkəmələrinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Şimali Kiprin Ali Məhkəməsinin sədrinin və İraq Federal Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətləri konqresə fəxri qonaq qismində qatılıblar.

Konqresin əvvəlində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, bu əlamətdar tədbirin ölkəmizdə keçirilməsinin önəmini vurğulayıb.

O qeyd edib ki, türk dövlətləri arasında hüquqi əməkdaşlığın genişləndirilməsi, ortaq hüquqi dəyərlərin təşviqi baxımından TÜRK-AY platforması mühüm hüquqi əməkdaşlıq meydanına çevrilib.

Tədbirdə Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransının (Təşkilatı) 6-cı konqresi ilə əlaqədar TÜRK-AY-a üzv məhkəmələrin nümayəndələri tərəfindən milli məruzələr üzrə icmallar təqdim edilib.

İcmalların təqdimatından sonra TÜRK-AY-ın beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində fəaliyyəti, bu sahədə əldə olunmuş nailiyyətlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Şimali Kiprin Ali Məhkəməsinin müraciəti müzakirə olunub və bu qurumun TÜRK-AY-a müşahidəçi statusunda qəbul olunması haqqında qərar qəbul edilib.

Konqres çərçivəsində Türk dövlətləri arasında konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən “Bakı Bəyannaməsi” imzalanıb. Bəyannamə 2024-cü il 6 iyul tarixli “Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapmış türk dövlətlərinin səylərinin, birliyinin vacibliyini bir daha təsdiqləyərək, türk dövlətlərinin konstitusiya ədalət mühakiməsi orqanları arasında hüquqi əməkdaşlığın vacibliyini qeyd edir.

Konqres iştirakçıları TÜRK-AY Konfransının birinci konqresinin təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildirib, xalqımızı “Konstitusiya və Suverenlik İli” münasibətilə təbrik ediblər.

Tədbir zamanı, həmçinin Azərbaycan Konstitusiya Məhkəməsi ilə Türkiyə Konstitusiya Məhkəməsi, eləcə də Azərbaycan Konstitusiya Məhkəməsi ilə İraq Federal Ali Məhkəməsi arasında Anlaşma memorandumları imzalanıb.

Sonda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev TÜRK-AY-ın birinci konqresinin işini yüksək qiymətləndirib və tədbirin uğurla başa çatmasından məmnunluğunu ifadə edib.

O, TÜRK-AY çərçivəsində konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın davamlı olacağına və gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

İyulun 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbirin xarici qonaqları üçün konsert proqramının təşkili nəzərdə tutulur.

Həmçinin qonaqların Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanışlığı üçün proqramlar təşkil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see540

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see116

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see111

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri