Icma.az
close
up
RU
Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır ŞƏRH

Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 iyul, AZƏRTAC

Əbu-Dabi görüşü Azərbaycanın sülh sazişinin imzalanmasında, normallaşma prosesində təşəbbüskar olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə səfəri, bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü dostluq və qardaşlığın daha bir nümunəsidir. Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd edildi. İkitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Görüşdən sonra prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı. Hər bir sənəd ölkələrimiz arasında münasibətlərin inkişafına yeni mərhələnin əsasıdır. Bu baxımdan ki, onların əhatə etdiyi sahələr yeni istiqamətlər üzrə əməkdaşlığa yol açır.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Qeyd edib ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirildi. Sonra görüş təkbətək formatda davam etdi. Bu görüş bir daha Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin müəllifi olduğunu təsdiqlədi. Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Əbu-Dabi görüşünün yekunlarına dair yaydığı məlumatda qeyd edilir ki, görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edildi. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verdilər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəldilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan hər zaman dialoq tərəfdarıdır. Ölkəmiz daim beynəlxalq hüquqa söykənərək konkret addımların atılmasının zəruriliyini bildirir. Qeyd edək ki, tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Bununla bağlı müxtəlif məkanlarda və müxtəlif tərkibdə görüşlər keçirildi və müəyyən mənada nəticələr əldə edildi. Hazırkı dövrdə aparılan danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, artıq ikitərəfli danışıqlar formatı yaradılıb və bu, normallaşma prosesinin həyata keçirilməsi üçün ən səmərəli formatdır. Hələ 30 illik işğal dövründə Azərbaycan bu çağırışı edirdi ki, artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi məsələnin həlli prosesinin uzanmasına səbəb olur. Tərəflərin özlərinə qalsa, problemin çozülməsi çoxdan reallığa çevrilmişdi. Məsələnin həllində bilavasitə vasitəçilik missiyasını yerinə yetirməli olan keçmiş ATƏT-in Minsk qrupunun 27 illik fəaliyyəti dövründə passivliyi bunu bir daha təsdiqləyirdi. Missiyasını regiona nəticəsiz səfərlərdə görən ATƏT-in Minsk qrupunun həmsədrləri daim belə bir çağırışı səsləndirirdilər ki, tərəflər özləri məsələnin həllində razılağa gəlməlidirlər. Hər zaman bu sual yaranırdı ki, tərəflər özləri razılığa gəlmək imkanında idilərsə, onda ATƏT-in Minsk qrupunun fəaliyyətinə nə ehtiyac var idi?

Milli Məclisin deputatı bildirib ki, sülh prosesində artıq konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, tarixi Zəfərimizdən sonra qarşılıqlı etimad mühitinin yaradılması əsas çağırışlardan oldu. Bu istiqamətdə mühüm addımlar atılmağa başlandı. Sözügedən görüşdə də tərəflər etimad tədbirlərinin davam etdirməsinin vacibliyini bildirdilər. Dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin əsas şərtlərindən biri qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu baxımdan birbaşa təmas sülh istiqamətində etibarlı dialoqun qurulmasına imkan verir. Azərbaycan bu görüşdə davamlı sülhün təmin olunması üçün ardıcıl və məsuliyyətli liderlik nümayiş etdirərək regional sabitlik və iqtisadi inkişafın bərqərar olunmasına töhfə verib. Azərbaycanın liderliyi sülh gündəliyini irəli aparmağa şərait yaradır. Dövlətimizin başçısı İlham Əliyevin ədalət və beynəlxalq hüquqa söykənən xarici siyasəti sülh gündəliyini real nəticələrə yaxınlaşdırır.

Onu da qeyd edək ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın ədalətli şərtləri var. Ermənistan öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı, keçmiş Minsk qrupunun ləğvi tələbi ilə ATƏT-ə müraciət etməlidir. Yalnız bu iki şərt yerinə yetirildikdən sonra sülh sazişinin imzalanmasından danışmaq olar.

Vüqar Rəhimzadə Əbu-Dabi görüşü ilə bağlı belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın sülh sazişinin imzalanmasında, normallaşma prosesində təşəbbüskar, eyni zamanda, əsas tərəf olduğu bir daha təsdiqləndi. Əbu-Dabi görüşü qarşılıqlı anlaşma və dialoqun möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan tərəfi konstruktiv mövqe nümayiş etdirərək sülh prosesində lider və təşəbbüskar olduğunu bir daha ortaya qoydu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri