Azərbaycan millisinin Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlanıb.
"Report" xəbər verir ki, iştirak ərizəsində 12 basketbolçunun adı yer alıb.
Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova yığmaya kömək etməyə çalışacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 6-da səfərdə Belçika, 3 gün sonra isə Bakıda Polşa ilə qarşılaşacaq.
Avropa çempionatının final mərhələsi iyunda reallaşacaq.

Azərbaycan hakimləri Belçika millisinin oyununda
30 Noyabr 2024 15:41
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
03 Aprel 2025 16:17
Azərbaycan millisinin heyəti açıqlanıb: İlk sınaq üçün
24 Aprel 2025 11:13
Türkiyə millisinin ABŞ və Meksika ilə oyunlar üçün heyəti açıqlanıb
28 May 2025 19:03

